sedanews.az
sedanews.az

"Kayrat"ı Bakıdan aparan təyyarə qəzaya uğrayıb

22-10-2021, 10:55 41 dəfə baxılıb

"Kayrat"ı Bakıdan aparan təyyarə qəzaya uğrayıb

Qazaxıstanın "Kayrat" komandasını Bakıdan aparan təyyarə qəzaya uğrayıb.
"Report"un Sports.ru-ya istinadən məlumatına görə, fövqəladə hadisə Almatı beynəlxalq aeroportunda baş verib. "FlyJet" aviaşirkətinə məxsus təyyarə "Renault" avtomobili ilə toqquşub.
Hadisənin təfərrüatları öyrənilir. Faktla əlaqədar Hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması maddəsi ilə cinayət işi qaldırılıb, istintaq araşdırmaları aparılır.
Qeyd edək ki, oktyabrın 21-də "Kayrat" Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur matçında "Qarabağ"ın qonağı olub. Görüş Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA