sedanews.az
sedanews.az

Bu xəstəxanada külli miqdarda yeyinti aşkarlandı, cinayət işi başlandı

9-02-2022, 11:33 579 dəfə baxılıb

"İmişli Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin vəzifəli şəxsləri barədə cinayət işi başlanıb.
İmişli rayon prokurorluğundan Milli.Az-a verilən məlumata görə, xəstəxananın qanunsuz əməlləri ilə bağlı daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Aparılmış araşdırma zamanı xəstəxananın 01.01.2018-ci il tarixdən 25.05.2021-ci il tarixədək maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən publik hüquqi şəxsin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri və digər qanunsuz əməlləri nəticəsində külli miqdarda dövlət əmlakının mənimsənilməsinə və israf olunmasına, bununla da dövlətin qanunla qorunan mənafelərinə mühüm zərə vurulmasına əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə təqsirli şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində istintaq tədbirləri edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA