sedanews.az
sedanews.az

Çində baş verən zəlzələdə ölənlərin sayı 118-ə çatıb - YENİLƏNİB 3, VİDEO

19-12-2023, 12:10 193 dəfə baxılıb

  Hazırda ölənlərin sayı 118 nəfərə çatıb, 300-ə yaxın yaralı var

  Çinin şimal-qərbində baş verən 6,2 bal gücündə zəlzələdə ölənlərin sayı artmaqda davam edir. Zəlzələ ilə əlaqədar yaradılmış qərargahın ən son açıqlamasına görə, ölənlərin sayı 111 yüksəlib, xəsarət alanların sayı isə 300-ə yaxındır.
Zəlzələ yerli vaxtla dekabrın 18-də 23:59-da baş verib. Zəlzələ ölkənin Qansu vilayətinin Cişişan rayonunda qeydə alınsa da, yeraltı təkanların episentrinin qonşu Çinhay vilayətinə cəmi 5 kilometr məsafədə olması səbəbindən hər iki vilayətdə dağıntı və insan itkisi qeydə alınıb. Belə ki, bu saatadək Qansu vilayətində 100 ölüm faktı qeydə alınıb, 100-dən çox xəsarət alan var. Çinhay vilayətində isə 11 ölüm, təxminən 140 yaralı var.
REAL-ın ASİYA bürosu
***
05:51
Zəlzələ nəticəsində Çinin Qansu və Çinxay əyalətlərində azı 111 nəfər ölüb.
REAL xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
***
03.11
Çində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 86 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.
Regional qərargahın məlumatına görə, daha 96 nəfər xəsarət alıb.
Zəlzələnin episentrinə yaxın ərazidə evlərə və infrastruktura ziyan dəyib, su və elektrik enerjisi kəsilib, yollar dağılıb.
***
Çinin şimal-qərbindəki Qansu əyalətində baş verən güclü zəlzələ nəticəsində azı 8 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Pekin vaxtı ilə gecə yarısı maqnitudası 6,2 bal olan bir neçə yeraltı təkan qeydə alınıb. Epidemiya 10 km dərinlikdə yerləşir.
Zəlzələnin təsiri qonşu Çinxay əyalətində də hiss olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA