sedanews.az
sedanews.az

Bəşəriyyətin sağalmaz yarası

27-03-2024, 13:21 163 dəfə baxılıb

   Narkomaniya aludəçilərini “canlı ölüyə” çevirir

 Bəzən anlıq həyəcan bütün ömrü puça edə bilər. Bir neçə saniyəlik xoşbəxt olmaq üçün Narkotik maddədən istifadə edirlər. Bu QISA müddətlik xoşbəxtlik daha sonra həmin şəxsə bir ömürlük bədbəxtlik gətirir. Narkomaniya bəşəriyyətin sağalmaz yarasıdır və Cəmiyyət hələdə bu mühüm problemdən əziyyət çəkir. İllərdir hətta əsrlərdir ki, bu bəla ilə mübarizə aparılır. Yunan dilindən tərcümədə narke - yuxu deməkdir elə narkotikdə insanlara yuxu gətirir ancaq sonsuz yuxu.. bəşəriyyətin ən qorxulu xəstəliklərinin mənbəyi də elə narkomaniyadır. Qorxulu, ona görə ki, bu bəlaya mübtəla olanlar əksər hallarda onu dəf etməkdə aciz qalırlar. Tibbi təcrübələr göstərir ki, narkomaniya ilə mübarizə aparmaq çox çətindir. O bəladan xilas olmaq çox az insana qismət olur.     Narkotikə qurşanmış əksər insanlar isə bu bataqlıqda məhv olub gediblər.
  Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyata qarşı laqeydlik yaradır. həmçinin orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır.
  Günümüzdə narkomaniya yoluxucu xəstəlik kimi insanlar, xüsusən də gənclər arasında yayılıb. Gənclərdə üzə çıxan narkomaniyanın əsası yeniyetməlik dövründən başlayır. narkotik aludəçilərinin narkotik qəbul etməklə müvəqqəti həzz alma nəticəsində adamda həmin zərərli maddənin təkrar istehlakı üçün güclü ehtiyac yaranır. Daha sonra, narkotiklərə vərdiş və onları daha böyük dozada qəbul etmək, yaxud daha güclü təsirə malik narkotik maddələri dadmaq arzusu baş qaldırır. Tədricən insan narkotiklərdən asılı vəziyyətə düşür, narkomaniya xəstəliyinə tutulur, bir qayda olaraq, şəxsiyyət kimi tənəzzülə uğrayır.
  Narkomaniyanın faciəvi, qorxunc nəticələrindən danışarkən yaddan çıxartmaq olmaz ki, narkomaniya, ilk növbədə, adamlarda insanlığı məhv edir özünün insan olduğunu dərk etməyən “canlı ölüyə” çevirir.
  Bəziləri düşünür ki, bir dəfə istifadə etsəm heçnə olmaz. Ancaq elə deyil. Bu bir tələdir. Və bu tələyə bir dəfə düşən insanın oradan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir.
  Ağ ölüm öz ərazisini genişləndirmiş, yaşadığımız dünyanı dağıtmaq səviyyəsinə qədər gəlib çıxıb. Bəşəriyyət qarşısında duran mürəkkəb və çoxaspektli, hüquqi, sosial, mənəvi, iqtisadi, tibbi və psixoloji xarakterli arzuolunmaz neqativ nəticələrə gətirib çıxaran narkomanlıq Azərbaycanda da aktual olaraq qalır. Narkomaniyaya qarşı mübarizə tədbirləri nə qədər gücləndirilsə də o, yoluxucu xəstəlik kimi yayılmaqda davam edir.
  REAL






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA