sedanews.az
sedanews.az

Alimlərdən şok hesabat: “Cəhənnəmin qapısı” böyüyür

14-06-2024, 11:45


  Rus və alman alimləri qlobal istiləşmə ilə bağlı birgə hesabat yayıblar.
Axar.az xəbər verir ki, “Geomorphology” beynəlxalq elmi jurnalda dərc olunan hesabat Yakutiyadakı “cəhənnəmin qapısı” adlandırılan Bataqayk termokarstının iflasına həsr olunub.
  Bildirilib ki, istiləşmə və ərimə səbəbindən tayqadakı daimi donuşluq sahəsi çökür. Kraterin 2014-cü ildə eni 790 metr idisə, hazırda 1 kilometrə çatıb. Dərinliyi isə 100 metrdir.
  Alimlər çökmənin genişləndiyini qeyd edirlər.
  Qeyd edək ki, termokarst daimi donuşluq sahələrində yeraltı buzun və ya donmuş qruntun əriməsi ilə əlaqədar olaraq yer səthinin çökməsidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA