sedanews.az
sedanews.az

Azərbaycanın qeyri-neft ixracı 2,2 milyard manatdan çox olacaq - Mikayıl Cabbarov

15-11-2021, 15:00 380 dəfə baxılıb

Azərbaycanın qeyri-neft ixracı 2,2 milyard manatdan çox olacaq - Mikayıl Cabbarov



2021-ci ilin yekunlarına əsasən Azərbaycanın qeyri-neft ixracı 2,2 milyard manatdan çox olacaq.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda 25-ci Beynəlxalq Biznes Forumu (IBF) zamanı deyib.
Nazir bildirib ki, qeyri-neft sektoru Azərbaycan iqtisadiyyatının əsas drayveridir.
Onun sözlərinə görə, bu ilin ilk doqquz ayı ərzində Azərbaycanın ümumi daxili məhsulunun artımı 6,2 faiz təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çoxdur.
"Azərbaycan iqtisadiyyatının inkişafına qeyri-neft sektoru və bu sahə üzrə ixrac kömək göstərir. Sənaye sektorunda bu ilin ilk 9 ayı ərzində istehsal 14,2 faiz artıb. Biz əminik ki, bu forumda Azərbaycanın sənaye sektoru yeni iştirakçılar cəlb edəcək və biz bu göstəriciləri daha da artıracağıq. Bu ilin ilk 9 ayı ərzində sənaye zonalarında istehsal olunmuş məhsulların ixracı 320,5 milyon manatı üstələyib", - deyə nazir bildirib.
Qeyd edək ki, bu gün Bakıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə 25-ci Beynəlxalq Biznes Forumu (IBF- International Business Forum) işə başlayıb.
Tədbirdə bir sıra ölkələrdən iş adamları və dövlət xadimləri iştirak edir.
Tədbirdə iştirak etmək üçün Türkiyədən 550 iş adamı gəlib. Forum zamanı Azərbaycan iqtisadiyyatının inkişaf perspektivləri, investisiyalar və digər məsələlər müzakirə olunur.
IBF-in rəsmi media tərəfdaşları Trend BİA, Day.az və turkic.world media layihəsidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA