Kür çayının Salyan rayonu Qaraçala kəndi ərazisindən keçən qolu tamam quruyub.
Kənd sakinləri
Axar.az-a çayın görüntülərini göndəriblər.
Qeyd edək ki, Azərbaycanın ən böyük çayı olan və su təchizatında ölkənin əsas su mənbəyi sayılan Kürdə suyun səviyyəsi son 8 ildə kəskin azalıb. Çayda şirin su azaldıqca Xəzərdən çaya axan duzlu su Salyan-Neftçala ərazisində içməli su problemi yaradıb. Mütəxəssislər bildirirlər ki, son yüz il ərzində belə hala rast gəlinməyib. Onlar qeyd edirlər ki, 2050-ci ilə qədər Kürün Xəzərə çatmama riski böyükdür. Buna səbəb qlobal iqlimin dəyişməsi və Kür-Araz çaylarının keçdiyi ölkələrin su istehlakının artmasıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.