sedanews.az
sedanews.az

Nazir müavini: “Əsl Xarı bülbül Şuşada rast gəlinəndir və buranın birinci simvoludur” - MÜSAHİBƏ

5-11-2020, 14:24 887 dəfə baxılıb

Nazir müavini: “Əsl Xarı bülbül Şuşada rast gəlinəndir və buranın birinci simvoludur” - MÜSAHİBƏ

Bildiyimiz kimi, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı hərbi təxribat törədib. Buna cavab olaraq Azərbaycan ordusu əks-hücum əməliyyatına başlayıb. 
Məğlubiyyətlə barışmayan mənfur düşmən qəsdən Şuşa meşələrini yandırmaqla Azərbaycanın işğal altındakı ərazilərində ekoloji terroru davam etdirir. Bununla da Ermənistan bölgənin, ümumiyyətlə, planetimizin ekoloji durumuna qarşısıalınmaz zərərlər vurmaqla yeni növ cinayətlərə əl atır.
Məsələ barədə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovla danışdıq.
Oxu.Az müsahibəni təqdim edir:
- Vüqar müəllim, hazırda Şuşa meşələrində yanğın davam edir. İşğal olunmuş ərazilərimizdə, xüsusilə Topxana meşəsində nə qədər endemik ağac növləri var?
- İşğal altında olan torpaqlarımız Azərbaycanın biomüxtəliflik və təbii ehtiyatların zənginliyi cəhətindən zəngin bölgəsidir. Azərbaycan florası beş min növə yaxındır. Onun iki mindən çoxu, yəni 42 faizi Qarabağ ərazisindədir. Bu da həmin ərazilərin nə qədər zəngin olmasından xəbər verir. Qızıl mədənləri, qiymətli yataqları əsasən bu ərazilərdə cəmləşir.
Respublikada 200-ə yaxın endemik bitki növü mövcuddur və onlardan 80-ə yaxınına Dağlıq Qarabağ ərazisində rast gəlinir. Belə bitki növlərindən 20-si Azərbaycan areallı endem bitkilərdir ki, bunun da yeddi növü Dağlıq Qarabağ ərazisinə aiddir. Şuşa vələsi, Qarabağ tülpanı (Qarabağ dağlaləsi), Qarabağ güləvəri, Zəngilan gəvəni, Sağsağan gülxətmisi, Şuşa xaşası və Şuşa gəvəni yalnız Dağlıq Qarabağdadır. Orada “Qırmızı Kitaba” salınan nadir bitki növləri də var.
- İşğal altında olan ərazilərdə bir neçə Dövlət Təbiət Qoruğu və Yasaqlıqları da olub. Orada qorunan fauna, flora növlərinin vəziyyəti və ümumilikdə həmin xüsusi mühafizə olunan ərazilərin hazırkı vəziyyəti barədə hansısa məlumat varmı?
- Füsunkar Qarabağın xüsusi mühafizə olunan təbiət ərazilərindən olan Bəsitçay, Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarında işğalaqədərki dövrlərdə Qarabağımızın rəmzi olan Xarı bülbüllə yanaşı, Şərq çinarı, Əkin şabalıdı, Şuşa vələsi, Vələsyarpaq azat, Giləmeyvəli qaraçöhrə və sair nadir ağac növləri qorunurdu.
Şərq çinarının dünyada bir neçə təbii arealı var ki, onun ən böyüklərindən biri Zəngilanda yerləşir və  Bəsitçay dövlət təbiət qoruğunun ərazisində qorunurdu. İndi peykdən çəkilən şəkillərdə görürük ki, talan edilib. Meşələrin, flora, fauna ilə bağlı vəziyyətin necə olması barədə tam məlumat vermək üçün araşdırma aparmaq lazımdır. Bununla bağlı nazirlikdə İşçi qrupu yaradılıb.
Ərazilər işğaldan tam azad olunduqdan sonra aidiyyəti qurumlarla birgə genişmiqyaslı monitorinqlər aparılacaq, bölgənin ətraf mühitinə, təbii sərvətlərinə, landşaftına və meşələrinə, həmçinin, bitki və heyvanat aləminə dəymiş ziyanın hərtərəfli qiymətləndirilməsi həyata keçiriləcək.

- Necə düşünürsünüz, monitorinq zamanı ən böyük çətinliklər hansı sahədə olacaq?
- Yeraltı ehtiyatlarla bağlı qiymətləndirmədə heç bir çətinliklər olmayacaq. Çünki bununla bağlı 1990-cı ilə qədər tədqiqatlar aparılıb. 167 yataq dövlət balansına götürülüb. Nələrin talan edilməsi fərqini çıxarmaq mümkün olacaq.
Həmin illərdə çoxillik çinar, dəmirağac, saqqızağacın növlərinin siyahısı aparılıb. Meşələrlə bağlı isə nəticələr bizdə tam olmayacaq. Bununla bağlı metodikalar işlənməlidir. Biz bunu edəcəyik və nə qədər dəqiq hesablamaların aparılması mümkün olacaqsa, onu edəcəyik. Çalışmalıyıq ki, təqdim edəcəyimiz rəqəmlər, faktlar dəqiq olsun. Vaxtilə orada yaşayan şəxslərdən də orada nələrin olması öyrəniləcək.  
- Bəs Şuşanın tacı Xarı bülbül?
- Xarı bülbül çoxillik ot bitkisidir. Azərbaycada ofris bitkisinin bütün növləri xalq arasında bu adla adlanır və üç növü var: Qafqaz qaş səhləbi, Arı qaş səhləbi və Mozalan qaş səhləbi bitkiləridir. Bunların üçünü də ümumiləşdirib Xarı bülbül demək olar. Əfsanədə olduğu kimi, bülbül və sinəsinə qonmuş arı. Əsl Xarı bülbül Şuşada rast gəlinəndir və həqiqətən də, Şuşamızın tacı və florasının birinci simvoludur.
- Xarı bülbülü gətirib Bakıda və digər ərazilərdə əkmək mümkündürmü?
- Təbii şəraitə uyğun atmosfer yaradanda bitirmək olar. Zərif bitkidir, onun yetişdirilməsi çox çətindir. 2012-ci ildə Abşeron yarımadasında yerləşən Qırmaku palçıq vulkanı ərazisində Qafqaz qaş səhləbini tapdıq və qeydə aldıq. Amma yenə də qeyd edirəm, əsl xarı bülbül Şuşada rast gəlinəndir və orada da qorunma altına alınması, artırılması daha məqsədəuyğundur.  
- Mənfur düşmənlərimiz tərəfindən işğal altında olan ərazilərdə meşələrə ağ fosfor mərmiləri atılır. Həmin ərazilər azad olunandan sonra ağacların bərpası mümkün olacaqmı?
- İşğalçı Ermənistanın olduqca qiymətli Şuşa meşələrinə zəhərli və söndürülməsi mümkün olmayan maddələrdən istifadə etməklə od vurması təcavüzkar rejimin insanlığa zidd qəddar xislətini bir daha nümayiş etdirir.
Təəssüf ki, elə şeylər də var ki, bərpa etmək mümkün deyil. Ağ fosfor 1983-cü ildən Cenevrə Konvensiyası ilə qadağan olunub. Bizdə faktlar var ki, təbiətimizə, meşəmizə qarşı bundan istifadə edilib. Şuşa ətrafına ağ fosforun atılması ilə bağlı faktlar təsdiqlənib.
Düşmənçilik edəndə də qaydalar çərçivəsində etmək lazımdır. Bu cür vəhşilik, barbarlıq heç yerdə görünməyib. Əraziyə nə qədər ziyanın dəyməsini müəyyənləşdirmək üçün təkcə öz mütəxəssislərimizi yox, xarici ekspertləri də cəlb edəcəyik.
Dəymiş ziyanın hesabatları aparılacaq və müvafiq dövlət qurumlarına təqdim ediləcək ki, qiymətləndirilmə aparılsın. Təəssüf ki, indi hansısa rəqəmlərdən danışmaq tezdir. İnşallah, torpaqlara qayıdan zaman biz nəyi bərpa etmək mümkündürsə, onu edəcəyik. Bilirsiniz, ermənilər işğal altında olan torpaqlarımızda nəyi dağıtmaq olarsa, dağıdıb, nəyi daşımaq olarsa, talan ediblər.
Onlar öz məqsədlərindən ötrü hər şeyi gözə alıblar və nə talan edə biliblərsə, ediblər. 
- Elə ağaclar varmı ki, biz onların köklərini qoruyub saxlaya bilmişik ki, yandırılsa da, bərpa edə bilək?
- Ermənilər 2000, 1500, 800 yaşı olan çinar ağacını kəsib, məhv ediblər. İnsan olan şəxs bu cür təbiət abidəsini kəsərmi? Bunun barbarlıqdan başqa bir izahatı yoxdur. Biz o çinarları əkəcəyik, amma həmin yaşı, Qarabağ ərazisində olan nadir növləri bərpa edə biləcəyikmi, hələlik deyə bilmirəm. Həmin ərazilərə yenidən həyat gələcək, əfsuslar olsun ki, canlı aləm olduğu kimi bərpa olunmayacaq.
- İşğal altında olan torpaqların yandırılması, meşələrin talan edilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət olunubmu?
- Ermənistan işğal etdiyi torpaqlarımızda təbiət abidələrinə, bioloji müxtəlifliyə, meşə sahələrinə, yeraltı və yerüstü təbii sərvətlərə ciddi zərər vurmaqla böyükmiqyaslı ekoloji terror aktları törədib. Təcavüzkar Ermənistan tərəfindən qəsdən törədilən bu terror aktları nəticəsində bölgədə ciddi ekoloji fəsadlar yaranıb.
Təbii bitki örtüyü, min illərlə əmələ gələn torpağın üst qatı tamamilə yanıb, Azərbaycanın “Qırmızı Kitab”ı və Beynəlxalq Qırmızı Siyahıya daxil olmuş nadir, sayı kritik həddə azalan bitki və heyvan növləri məhv olub, heyvanların yaşayış arealları dağıdılıb, ekosistemin tarazlığı pozulub, ətraf mühit komponentlərinə ciddi ziyan dəyib.
Ermənistan tərəfindən təbiətə qarşı törədilən bu ağır cinayətlər ətraf mühit sahəsində mövcud olan “Bioloji Müxtəliflik”, “Ramsar” və “Bern” beynəlxalq konvensiyalarının tələblərinin kobud şəkildə pozulmasıdır. 
Məsələ barədə beynəlxalq təşkilatlara müraciət edilib. Bilirsiniz, Avropada həmişə ikili standart lar mövcud olub. Orada baş verən hər şeyə reaksiya verilir, amma 30 ildir baş verən vəhşiliyə susurlar. Həmin əraziləri talan edənlər böyük dövlətlərin nüfuzlu şirkətləridir.
Siz eşitmisinizmi ki, hanısa beynəlxalq təşkilat bu talanla bağlı səsini çıxarıb? Qafqaz flora, fauna zənginliyinə görə dünyanın on ən qaynar nöqtəsindən biri sayılır. Həmçinin, Qafqazda Azərbaycan öz biomüxtəlifliyinin zənginliyinə görə ən əhəmiyyətli nöqtədir.
Qafqazın florasının 80 faizi ölkəmizdə təmsil olunan növlərdir. Məsələn, Hirkan Milli Parkının yerləşdiyi ərazi təbii iqliminə görə rütubətli subtropik xüsusiyyətə malikdir. Bu ərazilər sonuncu buzlaşmaya məruz qalmayıb.
Məhz bu səbəbdən bu ərazi endemik və üçüncü dövrə mənsub olan çoxlu relikt mənşəli bitki örtüyünə malik olan elementlərlə zəngindir. Yəni bizim floramız çox zəngindir. Qarabağda göz görə-görə bunları dağıdırlar, amma beynəlxalq qurumlar susur... Biz dayanmırıq, mənfur düşmənimiz kimi boşboğazlıq etmədən, dünyanı faktlarla məlumatlandırırıq.
- Bu gün əlinizin altında Topxana meşəsinin xəritəsi varmı? Əgər bu xəritəni rənglərə bölsək, ən böyük itki hansı ağaclara düşəcək? Nə etməliyik ki, o ağaclar tarixə qovuşmasın?
- Əsas vələs, fıstıq, palıdın bir neçə qiymətli növü və digər ağac növləri olmaqla, bütün Dağlıq Qarabağ bölgəsində olduğu kimi, Şuşada da çox zəngin və qiymətli meşələrimiz var idi. İşğaldan əvvəl meşə fondunun ümumi sahəsi 8526 hektar olub.
Yanğınlar onu göstərir ki, ərazidə elə hissələr var ki, tamamilə yanıb. Dəyən ziyanın rəqəmlərini hələlik demək mümkün olmayacaq. Əsasən, qiymətli və çoxillik palıd, ardıc, fıstıq, vələs, şabalıd, şam, göyrüc, qoz ağaclarından ibarət sıx meşəliklərin yaratdığı unikal bir ekosistem məhv olur, endem xarakterli bioloji müxtəlifliyə ciddi zərbə dəyir.
Amma ümid edirik ki, müəyyən bir vaxtdan sonra təbiətin özünü bərpa gücü qiymətli ağac və bitki növlərinin yenidən bərpasına səbəb olacaq, o ağaclar tarixə qovuşmayacaq. Bütün hallarda bu vandal hərəkətlər Ermənistanın bəşəri cinayəti kimi qiymətləndirilir.
- Respublikamızın meşə ilə örtülü sahələrinin neçə faizi işğal altında olan ərazilərə aiddir?
- Azərbaycanın 12 faizi meşəlik ərazidir, ümumi meşə ilə örtülü sahələrinin 25 faizi işğal altında olan ərazilərdə yerləşir. Bu da ümumi Qarabağ ərazisinin 40 faizini təşkil edir. Əldə edilən məlumata əsasən, qiymətli meşələrin əksəriyyəti erməni vandalizmi nəticəsində məhv edilib.
- Qarabağın qayıdışına xitabən, Şuşa işğaldan azad olunduqdan sonra orada Xarı bülbül bağı salınacaqmı?
- Əlbəttə ki, bu, mümkündür. Xarıbülbül dünyanın müxtəlif şəhərlərində konversasiya edilərək saxlanılır. Xarıbülbül baş tacı olaraq, digər güllərin də yetişdirilməsi ilə bağların salınması mümkündür. Azərbaycanda bu kolleksiyanı yaratmaq lazımdır. Niyə Şuşada biz bu bağları salmay






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA