Nikotini bədəndən çıxaran meyvə-tərəvəzlər - Siyahı
Nikotinin bədəndən çıxarılmasına kömək edən meyvələr məlum olub.Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə narkoloq Vadim Zubetski məlumat verib. Onun sözlərinə görə, yerkökü və kələm nikotinə qarşı mübarizə aparır:
“Bu tərəvəzdə ağciyər hüceyrələrini zərərli maddələrdən qoruyan NRF2 geni də var. Portağallar da bədəndəki C vitamini səviyyəsini artırmağa kömək edir”.
Həkim əlavə edib ki, ispanağın tərkibində folik turşusu və ya nikotini bədəndən çıxaran B9 vitamini var. Bundan başqa nikotinə asılılığı azaltmaq üçün çiy zəncəfil istifadəsi də məsləhətdir. Quşüzümünün içərisində olan turşu da nikotini qandan tez çıxarır.
“Limonlar da faydalıdır. Siqaret çəkirsinizsə, zərərli maddələr bədəninizdə üç gün qalır və dəri hüceyrələrinə və məsamələrə zərər verir. İmmun sisteminizə və dərinizə limonla kömək edin”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.