sedanews.az
sedanews.az

“Əziz Şuşa” yarışı sabah start götürəcək - VİDEO

6-06-2023, 15:48 504 dəfə baxılıb

   Mübarizəyə dünyanın 14 ölkəsindən 16 komanda qatılacaq

Gənclər və İdman nazirliyi və Azərbaycan Velosiped federasiyasının birgə təşkilatçılığı ilə reallaşacaq "Əziz Şuşa" Beynəlxalq Velosiped yarışı sabah start götürəcək.
5 mərhələdən ibarət olacaq yarışda dünyanın 14 ölkəsindən 16 komanda mübarizə aparacaq. Yarışın direktoru Roland Hoferin bu gün keçirilən mətbuat konfransında verdiyi açıqlamaya görə bu ilki yarışda bir sıra yeniliklər tətbiq olunacaq.

"Sabah yarışa start veriləcək.Açılış mərasimində Gənclər və İdman naziri Fərid Qayıbov və Azərbaycan Velosiped federasiyasının prezidenti Mədət Quliyev çıxış edəcək. İlk mərhələ Bakı-Şamaxı marşrutu üzrədir. 2-ci mərhələmiz Qəbələ-Şəki-Qəbələ istiqamətində keçiriləcək. düşünürəm ki, burada qalib son km-lərdə Qəbələyə qalxarkən müəyənləşəcək. 3-cü mərhələ Qəbələ-Gəncədir və mərhələ tamamilə düz bir marşrutdan ibarətdir. 4-cü gün-Gəncə-Göygöl isə dağ mərhələsidir. Burada finiş xətti məhz Göygöl milli parkında təşkil ediləcək. Və nəhayət iyunun 11-də yarışın sonuncu-Şah mərhələsi Beyləqan-Şuşa marşrutu ilə baş tutacaq. Turnir idmançılar üçün xüsusi əhəmiyyət kəsb edir. Həmçinin ilk dəfə olaraq, idmançılara bonus saniyələr veriləcək".

  Qeyd edək ki, konfransda Azərbaycan velosiped federasiyasının baş katibi Elnarə Musayeva, Federasiyanın İcraiyyə Komitəsinin üzvü Vüqar Salahov və Gənclər və İdman Nazirliyinin nümayəndələri iştirak etdilər.
REAL











Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA