sedanews.az
sedanews.az

Azərbaycan və Rusiyanın mədəniyyət nazirləri görüşüb, mədəni əlaqələrin inkişafı müzakirə edilib

17-11-2023, 12:16 314 dəfə baxılıb

  Azərbaycan və Rusiyanın mədəniyyət nazirləri görüşüb, iki ölkə arasında mədəni əlaqələrin inkişafı müzakirə edilib.
REAL xəbər verir ki, bu barədə Mədəniyyət Nazilriyindən məlumat verilib.
  Bildirilib ki, Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 16-18-də keçirilən IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda iştirak edir.
O, səfər çərçivəsində Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova ilə görüşüb. Görüşdə     Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak edib. Görüş zamanı iki ölkə arasında mədəni əlaqələrin tarixi və inkişaf perspektivləri müzakirə olunub. Rusiyalı nazir Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin ölkəsində geniş qeyd olunduğunu vurğulayıb.
  Söhbət zamanı qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi ilə bağlı müzakirə aparılıb.
Azərbaycanın mədəniyyət naziri rusiyalı həmkarını 2024-cü ildə Bakıda keçiriləcək VI Dünya   Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.
  Görüşün sonunda Olqa Lyubimovaya “Şuşa – zirvədən uca” kitabı hədiyyə olunub.









Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA