sedanews.az
sedanews.az

Merkeldən türklərə: Heç kim sizə inanmırdı, ancaq...

18-12-2020, 10:42 466 dəfə baxılıb

Merkeldən türklərə: Heç kim sizə inanmırdı, ancaq...


Sizinlə çox böyük qürur duyuruq. Bunu hökumətimizin adından söyləyirəm.
Bu sözləri Almaniya kansleri Angel Merkel “BioTech” şirkətinin qurucuları Uğur Şahin və Özləm Tureci ilə keçirilən videokonfransda deyib.
Merkel vaxtilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adı çəkilən araşdırmaçıların türk əsilli olduqlarını ona çatdırdığını bildirib. Merkel bundan dolayı çox sevincli olduğunu da açıqlayıb.
“Uğur Şahin və Özləm Turecinin şirkətləri işıq kimi dünyada parladı. Dünyada vaxtilə heç kim Şahin və Turecinin araşdırmalarına inanmırdı. Amma siz öz texnologiyanıza inandınız”, - deyə Merkel bildirib.
Qeyd edək ki, “Pfizer” və “BioNTech” şirkətləri birlikdə koronavirus əleyhinə peyvənd hazırlayıb.
Axar.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA