sedanews.az
sedanews.az

Bu şəxslər yüksək maaş almalıdır - Deputat

24-12-2020, 15:05 508 dəfə baxılıb

Bu şəxslər yüksək maaş almalıdır - Deputat

Milli Məclis bu gün 2021-ci il üçün dövlət büdcəsi layihəsi ətrafında müzakirələri nahardan sonra da davam etdirib.
Axar.az xəbər verir ki, deputatlar çıxış edərək büdcə layihəsinə dair təkliflərini irəli sürüblər.
Millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, büdcə layihəsi yüksək səviyyədə hazırlanıb. O həmçinin vurğulayıb ki, Xankəndi şəhərinin hüquqi statusu müəyyən edilməli, habelə nazirliklər bu şəhərdə yerli strukturlarını açmalıdır.
Deputat bildirib ki, növbəti bir neçə ildə hərbi sahəyə ayrılan vəsait yüksək səviyyədə olmalıdır:
“Azərbaycanda hərbçi, müəllim və həkimlər yüksək maaş almalıdır. Dünən elan edildi ki, səfərbərliyə çağırılan şəxslər 400 manat civarında maaş alacaq. Bu, müsbət haldır”.
Aydın Mirzəzadə bankların kredit faizlərinin aşağı salınmasını da təklif edib:
“Hökumət üzvlərindən xahiş edirəm ki, bank fazilərinin aşağı salınması məsələsini götür-qoy etsinlər. Bu, banklar üçün də xeyirlidir”.
Deputat Mingəçevir şəhəri ilə bağlı təkliflər də irəli sürüb:
“Müstəqillik illərində investisiya və müasir avadanlıqların olmaması səbəbindən bir çox müəssisələr dayandı. Mən demirəm ki, hökmən bu şəhərdə böyük müəssisələr açılsın. Amma Mingəçeviri aqrar şəhərə çevirməyə imkan vermək olmaz. Məsələn, Mingəçevirdə turizm bazaları açıla bilər. Eləcə də bu şəhərə universitet köçürülə bilər. Mingəçevirdə hərbi lisey açmaq da mümkündür. Bu təklifləri hökumətin diqqətə almasını xahiş edirəm”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA