sedanews.az
sedanews.az

Zakir Həsənov Türkiyənin milli müdafiə naziri və baş qərargah rəisini təbrik edib

30-08-2021, 10:53 319 dəfə baxılıb

Zakir Həsənov Türkiyənin milli müdafiə naziri və baş qərargah rəisini təbrik edib



Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akara və baş qərargah rəisi ordu generalı Yaşar Gülerə təbrik məktubu ünvanlayıb.
"Report" xəbər verir ki, təbrik mətnində deyilir:
“Sizi, ailənizi və tabeliyinizdə olan şəxsi heyəti Zəfər Bayramı və Türk Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edir, Sizə cansağlığı, uzun ömür, ailə səadəti, çətin və şərəfli işinizdə müvəffəqiyyət arzulayıram.
Əminəm ki, dost və qardaş Türk Silahlı Qüvvələri bütün çətinliklərdən layiqincə çıxacaq və qurumlarımız arasında mövcud əməkdaşlığımız bundan sonra daha da genişləndiriləcək və möhkəmləndiriləcəkdir.
Fürsətdən istifadə edərək Sizə hörmət və ehtiramımı izhar edirəm”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA