Azərbaycan növbəti qələbənin astanasında - Ermənistan məcburi şəkildə...
"Baş nazirlərin müavinləri səviyyəsində keçirilən görüş 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatın çərçivəsində həyata keçirilən işlərin gedişatını müzakirə etmək məqsədi daşıyır".
Bunu Milli.Az-a açıqlamasında siyasi şərhçi
Ceyhun Əhmədli deyib.
O bildirib ki, Zəngəzur dəhlizi artıq reallığa çevrilir:"Sonuncu görüşün detalları ictimaiyyətə açıqlanmasa da, böyük ehtimalla kommunikasiyaların açılması istiqamətində maneələrin aradan qaldırılmasına dair geniş müzakirələr aparılıb. Nəzərə alaq ki, Baş nazirlərin müavinləri səviyyəsində formalaşmış İşçi Qrupun əsas fəaliyyət istiqaməti bundan ibarətdir. Kommunikasiyaların açılmasının artıq reallığa çevrildiyini nəzərə alsaq, Moskva görüşünün nəticələrini pozitiv qiymətləndirə bilərik. İstər Ermənistan və Azərbaycanın bir-birlərinin hava məkanından istifadə etməklə bağlı razılığa gəlməsi, istərsə də Ermənistan hakimiyyətinin Zəngəzur dəhlizinin açılması istiqamətində geri addım atmaq cəhdləri hadisələrin inkişaf dinamikası barədə aydın təsəvvürlər formalaşdırır.
Xüsusən, Prezident İlham Əliyevin səsləndirdiyi "Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr onu göstərir ki, istədiyimizə nail oluruq" açıqlaması tezliklə xoş xəbərlərin gələcəyi barədə əminlik yaradır. Beləliklə, post-konflikt dövründə də Azərbaycan öz qələbələrini sıralamaqdadır. Ermənistan rəhbərliyinin və revanşist dairələrin etirazlarına baxmayaraq, yenə də Azərbaycanın diqtə etdiyi şərtlər yerinə yetirildi. Qələbəmizin ən böyük simvollarından birinə çevrilən Zəngəzur dəhlizi artıq reallığa çevrilir. Prezident İlham Əliyevin dəmir yumruğu Ermənistan və onun havadarlarını geri addım atmağa məcbur etdi".
Təhməz Əsədov
Milli.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.