sedanews.az
sedanews.az

Azərbaycan Prezident İlham Əliyevin Brüssel səfəri

11-04-2022, 09:42 504 dəfə baxılıb

                                  Azərbaycan Prezident İlham Əliyevin Brüssel səfəri




Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla Brüsseldə 4 saatdan artıq davam edən danışıqları baş tutmuşdur. Görüşün nəticələrinə nəzər yetirsək, ölkə başçımızın gözləntilərini tam olaraq özünü doğrultduğunu görə bilərik.
Prezident cənab İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr, Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti uğurunun göstəricisidir. Azərbaycanın tarixi Qələbəsilə başa çatmış Vətən müharibəsindən sonra cənab Prezident İlham Əliyev hər çıxışında qeyd edir ki, artıq münaqişə öz həllini tapıb, Azərbaycan sülh və təhlükəsizlik fonunda yeni səhifə açmağa başlamışdır. Artıq Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul etmişdir.
Səfər zamanı sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı əldə edilən razılaşmalara toxunulmuşdur. Bu razılaşma aprelin sonuna qədər birgə sərhəd komissiyasının çağırılmasını nəzərdə tutur. Razılığa görə komissiyanın mandatına ikitərəfli sərhədin delimitasiyanın həyata keçirilməsi, sərhəd boyunca və yaxınlığında təhlükəsizliyin stabil vəziyyətinin təmin edilməsi kimi məsələlər öz əksini tapmışdır.
Sənədin digər vacib məqamı liderlərin tərəflər arasında və geniş mənada Cənubi Qafqazda kommunikasiya infrastrukturunun bərpa edilməsi üzrə razılıq əldə etməsidir. 
Bəyanatın vacib tərəflərindən biri də humanitar xarakterli məsələlərdir ki, bu sahədə ölkəmizi maraqlandıran məsələlər ərazilərin minalardan təmizlənməsi və itkin düşmüş şəxslərin problemidir. Azərbaycan üçün çox vacib olan mina problemində Avropa İttifaqı ekspert konsultasiyaları və maliyyə yardımının artırılması formasında Azərbaycana dəstək göstərəcəyini bəyan edilib. 
Bəyanatda, həmçinin münaqişədən əziyyət çəkmiş əhaliyə yardımın ediləcəyi, reabilitasiya və rekonstruksiya layihələrinin gerçəkləşəcəyi qeyd edilir.
Bəyanatda, həmçinin 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli razılaşmanın müddəalarına tam riayət etmə zərurəti təsdiqlənir. Lakin Ermənistan razılaşmanın qanunsuz silahlı qüvvələrin çıxarılması və Zəngəzur dəhlizinin açılması ilə bağlı müddəalarını icra etməkdən boyun qaçırır. 
Planın özəyini karbohidrogen resurslarla zəngin ölkə və regionlarla yüksək səviyyəli əməkdaşlığın qurulması təşkil edir. Belə regionlardan biri Xəzər hövzəsidir.
Xəzər hövzəsi Azərbaycandan başqa, neft və qaz ilə zəngin Qazaxıstan və Türkmənistanı da özünə daxil edir. Bu iki ölkənin də Avropanın enerji təhlükəsizliyində iştiraka cəlb edilməsi Cənubi Qafqazda təhlükəsizlik məsələlərinin həll olunmasını tələb edir. 
Xatırladaq ki, Brüssel görüşündən az əvvəl Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə dördtərəfli Transxəzər Nəqliyyat Dəhlizinin açılması haqqında saziş imzalayıblar. Bu, Xəzər dənizi - Qara dəniz hövzəsinin siyasi-iqtisadi çəkisinin artmasının əyani sübutudur. 

                                         Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Hövsan qəsəbə inzibati ərazi                                                           dairəsi üzrə nümayəndəsi Qurbanəli İslamov






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA