sedanews.az
sedanews.az

Keçən il ölkəmizin həyatında çox əlamətdar bir il olmuşdur

15-04-2022, 11:54 378 dəfə baxılıb





      Prezident İlham Əliyevin sədrliyi ilə 12 aprel tarixində cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirildi.Giriş sözü ilə çıxış edən prezident 2022-ci ilin 3 ayında görülən işlər haqqında ətraflı məlumat verdi. Müşavirənin sonunda isə ölkə başçısı qarşıda duran məslələri nəzərə çatdırdı.
İlham Əliyev ötən ilin ölkəmizin həyatında çox əlamətdar bir il olduğunu qeyd etdi. 
Beləki, 30 ilə yaxın bir müddətdə kağız üzərində qalmış BMT-nin qərarlarını Azərbaycan xalqı güc vasitəsilə həll etdi.
İlham Əliyev çıxışında BMT-dən sonra ən böyük beynəlxalq təsisat Qoşulmama Hərəkatında fəaliyətimizdən, İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri səviyyəsindəki toplantıda bir neçə qətnamə - Azərbaycan mövqeyini dəstəkləyən, o cümlədən Azərbaycanın tarixi-dini abidələrinin ermənilər tərəfindən dağıdılmasına dair önəmli qərar-qətnamələr qəbul edilməsindən və təşkilat rəhbərliyinin azad edilmiş torpaqlara səfərlər etməsindən danışdı.
Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər. Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də sıfırdır. Bunun səbəbləri də Azərbaycan ictimaiyyətinə məlumdur.
30 il ərzində birinci dəfə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında telefon söhbəti də olmuşdur. Bu təcrübə də müsbət qiymətləndirilməlidir. 
Prezidentin çıxışında nəzərə çarpacaq məqamlardan biri də -Ermənistanın inkişafı onun qonşu ölkələrə olan münasibətindən asılı olacaq-fikridir. Müharibənin 44 gününün hər günü dərindən təhlil edildi və aparılmış təhlil imkan verdi ki, gələcək ordu quruculuğu daha effektiv təşkil olunsun. Bununla bərabər, müharibədən sonra Müdafiə Nazirliyində struktur islahatları aparılmışdır və bu, ordumuzu daha da gücləndirəcək, daha da müasirləşdirəcək. Müharibədən sonra yeni qoşun növü – Komando növü yaradılmışdır. Bu qoşun növü istənilən vəzifəni icra edə bilər.
Ölkəmizdə İkinci Qarabağ müharibəsində xüsusi qəhrəmanlıq göstərmiş Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayı artırıldı və artırılacaq. Hərbi məsələlərin həlli üçün nə qədər vəsait lazımdırsa, o qədər də vəsait ayrılacaq və ayrılır.
Prezidentin çıxışında diqqət yönəldilən məsələlərdən biri də müharibədən sonrakı dövrdə təhlükəli vəziyətlərin yaranması ilə bağlıdır. Belə ki, müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə bastırılmış minalardan 200-dən çox insan həlak olub və ya ağır yaralanıb. Maşın, mexanizmlər və texnika alınıb, hətta dronlar alınıb ki, o minalarla çirklənmiş yerləri təsbit edir. Ancaq mütəxəssis çatışmır, işçi qüvvə çatışmır.
Azərbaycanda Vətən uğrunda canını fəda edən insanlar daim diqqət mərkəzindədir. Şəhid ailələri, müharibə əlilləri üçün inşa edilmiş evlərin, mənzillərin sayı artır. İşğaldan azad olunmuş rayonlarımızda quruculuq işləri böyük sürətlə davam etdirilir. Ağdam və Füzuli şəhərlərinin Baş planları təsdiqlənib və Baş planlar əsasında işlərə start verilib. Hazırda xüsusilə, Kəlbəcər, Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı xarici şirkətlər müraciət edirlər. 
      Cari ildə Naftalandan Talış kəndinə qədər yollar tam istismara verilməlidir. Tarixdə heç vaxt yollar olmayan yerlərdə, ərazilərdə təkcə keçən il 700 kilometrə yaxın yollar çəkilib. 
Şuşada icra olunan layihələr xüsusi əhəmiyyətə malikdir. 
Gələn ay Şuşada “Xarıbülbül” festivalı yenidən keçiriləcək. Keçən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu festivalda Azərbaycanda yaşayan xalqlar öz istedadını nümayiş etdirmişlər. Bu gün isə eyni zamanda, biz dünyanın müxtəlif ölkələrindən folklor kollektivlərini dəvət etmişik. Artıq bu ənənənə də bərpa olunub. TÜRKSOY Şuşanı 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan etmişdir.
 
                                                        Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Zığ qəsəbəsi 
                                                         inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qulam Səfərzadə






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA