sedanews.az
sedanews.az

Bu sərnişinlərin Bakıya dönüşü təmin olunacaq – Rəsmi

19-03-2020, 14:57 790 dəfə baxılıb

Bu sərnişinlərin Bakıya dönüşü təmin olunacaq – Rəsmi





                Bakı Beynəlxalq Avtovağzal Kompleksi 19-21 tarixlərində regionlara gediş üçün normal qaydada işləyəcək.
Axar.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, paytaxta geri dönmək istəyən şəxslərin vəsiqələri yoxlanıldıqdan sonra yola salınacaq:
"Bilirsiniz ki, Nazirlər Kabinetinin yanında Operativ Qərargahın koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Bakı, Abşeron və Sumqayıt şəhərinə giriş çıxışlarının məhdudlaşdırılmasına dair qərarı var. Bu gün Operativ Qərargahla da razılaşdırıldıqdan sonra belə bir qərara gəlinib ki, artıq mart ayının 19-20-21 tarixlərində həm region qeydiyyatı, həm də Bakı, Sumqayıt və Abşeronda qeydiyyatda olan sərnişinlərin regiona gedişləri təmin olunsun. BBAK bu üç gündə adi iş rejimində çalışacaq və regiona getmək istəyən şəxslərin gedişləri təmin olunacaq. Geri dönüşlə bağlı isə onu deyə bilərik ki, mart ayının 27-28-də regiondan paytaxta yalnız Bakı, Abşeron və Sumqayıt qeydiyyatlı şəxslər buraxılacaq".
N.Allahyarova vurğulayıb ki, regionlarda yaşayan və ora qeydiyyatı olan vətəndaşlardan xahiş edilir ki, problem yaranmasın deyə, region avtovağzallarına geri qayıtmaqla bağlı yaxınlaşmasınlar. DANX və digər mühüm qurum əməkdaşları region avtovağzallarına ezam olunacaqlar. Bu müddət ərzində sərnişinlər şəxsiyyət vəsiqələri yoxlanılaraq geri yola salınacaq".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA