sedanews.az
sedanews.az

Agentlik direktoru çap mediasının inkişafı üçün görüləcək işləri açıqlayıb

14-01-2021, 10:08 453 dəfə baxılıb

Agentlik direktoru çap mediasının inkişafı üçün görüləcək işləri açıqlayıb

“Digər media növləri ilə müqayisədə onlayn medianın inkişaf etməsi bütün dünyada müşahidə olunan bir tendensiyadır. Azərbaycan media məkanında da belə bir tendensiya artıq mövcuddur”.
 Bunu yeni yaradılan Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.
“İstər çap mediası, istərsə də audiovizual media da artıq onlayn medianın təsirinə məruz qalmaqdadır. Bu baxımdan çap mediasına texniki dəstək layihələri və yayımın təşkil formasına köməklik göstərməliyik. Düşünürük ki, yayım şirkətləri ilə birlikdə bu məsələləri müzakirə etməliyik. Media subyektləri, yayım şirkətləri və Medianın İnkişafı Agentliyi birlikdə müzakirələr aparmalıdır. Həmçinin mexanizmin effektivliyinin artırılması yolları araşdırılmalıdır”, - o bildirib.
Report.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA