sedanews.az
sedanews.az

Metroda gediş haqqı qalxacaq? - Açıqlama

1-07-2021, 13:56 367 dəfə baxılıb

Metroda gediş haqqı qalxacaq? - Açıqlama




Bakı Metropoliteni QSC-nin ötən gün 2020-ci ili 83,543 milyon manat zərərlə başa vurması barədə yaydığı açıqlama metroda gediş haqqının qalxması ehtimalını gücləndirir.
Müzakirələrə aydınlıq gətirən Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Axar.az-a bildirib ki, qurumun gediş haqqının tənzimlənməsi ilə bağlı qərar vermək səlahiyyəti yoxdur:
“Bu, yalnız Tarif Şurasının səlahiyyətinə aid olan məsələdir. Metropoliten bununla bağlı Tarif Şurasına müraciət etməyib. Ümumən, Bakı Metropoliteni QSC fəaliyyətinin maliyyə hesabatını ictimaiyyətə açıqladığı kimi, mütləq qaydada aidiyyəti dövlət strukturlarına, o cümlədən Tarif Şurasına da təqdim edir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA