sedanews.az
sedanews.az

Sahil Babayev sosial islahat paketlərindən DANIŞDI - FOTO

23-02-2022, 11:35 287 dəfə baxılıb


“Son dörd ildə Azərbaycanda ölkə əhalisinin 40 faizindən çoxunu əhatə edən üç əsas sosial islahat paketi həyata keçirilib. Bu paketlər üçün ayrılan əlavə illik vəsait ümumilikdə 6 milyard manat və ya 3,5 milyard ABŞ dollarıdır”.
Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının birgə təşkilatçılığı ilə Bakıda “MDB-də sosial islahatlar: trendlər, potensiallar, həllər” mövzusunda keçirilən beynəlxalq konfransda nazir Sahil Babayev bildirib.
Onun sözlərinə görə, həmin dövrdə minimum əməkhaqqının orta hesabla 2,3 dəfə, minimum pensiyanın 2,2 dəfə, sosial müavinətlərin 70 %, ümumi sosial xərclərin 2,5 milyard manat artıb:
“2018-ci ilə nisbətən orta aylıq pensiyada orta hesabla 65 faiz, orta aylıq əməkhaqqında 35 faiz, median əməkhaqqında 74 faiz, əmək haqqı fondunda 2 dəfə artım baş verib”.
Nazir vurğulayıb ki, qeyd edilən dövrdə əmək müqavilələrinin sayının 30 faiz artması sosial sığorta daxil olmalarına da müsbət təsir göstərib:
“Son 4 ildə DSMF-nin gəlirləri 42 faiz və ya 1,5 milyard manat artıb. Dövlət büdcəsindən Fonda transfertlərin həcmi isə 14 faiz azalıb və bu il üçün həmin həcm 21,6 faiz təşkil edib. Həmin dövrdə DSMF tərəfindən sosial sığorta ayırmaları hesabına əhaliyə ödənilən sosial ödənişlərin həcmi 1,5 milyard manat artıb və Fondun xərclərinin 97 faizdən çoxunu sosial ödənişlər təşkil edib”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA