sedanews.az
sedanews.az

İstanbulda iftar çadırları qurulub - VİDEO

5-04-2022, 12:46 468 dəfə baxılıb

İstanbulda iftar çadırları qurulub - VİDEO




    İftar çadırları aztəminatlı insanlara xidmət göstərəcək
İstanbul Böyükşəhər Bələdiyyəsi Ramazan ayı ilə əlaqədar şəhərin ən sıx insan axınının müşahidə olunduğu 6 meydanda qurulan çadırlarda vətəndaşlara isti iftar süfrəsi təqdim edir.
Bundan başqa iftarı evdə aça bilməyən insanlara metro çıxışlarında sendviçlər paylanır. Bundan əlavə pandemiya ilə əlaqədar çadırlara gələ bilməyən aztəminatlı ailələr üçün lazımi qida vasitələri onların yaşadıqları ünvanlara göndərilir.
Hər il olduğu kimi, bu Ramazanı da coşğu ilə yaşayan İstanbullular bələdiyyələrin təşəbbüsündən olduqca məmnunluqlarını bildirdilər.
Qeyd edək ki, ötən il Avropa Yaxasında Mecidiyeköy, Eminönü və Aksaray Meydanlarında; Anadolu tərəfində isə Ramazan ayı boyunca Üsküdar, Çekmeköy və Kadıköydə qurulan çadırlarda hər axşam cəmi 13.500 aztəminatlı insana yemək verilib.
   






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA