sedanews.az
sedanews.az

DİM I və IV qruplar üzrə test tapşırıqlarının izahını yayıb

7-06-2022, 15:20 338 dəfə baxılıb



    Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün 4-5 iyun 2022-ci il tarixlərində keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının izahını yayıb.
    DİM-dən REAL-a verilən xəbərə görə, abituriyentlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün 4-5 iyunda keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının izahını əldə edə bilərlər.
    Bildirilib ki, imtahanda istifadə olunmuş test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) DİM-in internet saytının "Xidmətlər" bölməsində > “E-xidmətlər” > "DİM-in nəşrlərinin elektron versiyalarının onlayn satışı" > “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).
   Xatırladaq ki, həmin hissədə 21-22 may tarixlərində keçirilən II və III ixtisas qrupları üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqlarının da izahı yerləşdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA