sedanews.az
sedanews.az

ETSN: Çaylarda sululuq artacaq

31-08-2022, 14:39 91 dəfə baxılıb

   Sentyabrın 5-dən sonra gözlənilən yağışlı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun nisbətən artacağı gözlənilir..
   Bu barədə REAL-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, avqust ayında hava şəraitinin az yağıntılı və anomal isti keçməsi, eyni zamanda su səthində buxarlanmanın artması nəticəsində çaylarda sululuq kəskin azalıb. Yalnız avqustun 8-də yağan intensiv leysan yağışları nəticəsində Kiçik Qafqaz ərazisindən axan Dəstəfürçay və Gəncəçay çaylarından qısamüddətli sel keçib.
  Kür-Qıraqkəsəmən məntəqəsində ay ərzində orta aylıq su sərfi 115 m3/san olmaqla normadan 10 faiz az, 2021-ci ilə müqayisədə 32 faiz çox, Qanıx-Əyriçay məntəqəsində ay ərzində orta aylıq su sərfi 13,4 m3/san olmaqla normadan 83 faiz az, keçən il ilə müqayisədə 50 faiz az olub. Kiçik Qafqaz çaylarında sululuq normadan 25 faiz az, ötən il ilə müqayisədə 36 faiz çox, Böyük Qafqaz çaylarında sululuq normaya yaxın, keçən il ilə müqayisədə 18 faiz çox, Lənkəran-Astara bölgəsi çaylarında sululuq normadan 15 faiz az, keçən il ilə müqayisədə isə 65 faiz çox olub. Kür çayının aşağı axınında suyun səviyyəsi keçən il ilə müqayisədə 30-40 sm çox, sululuq isə 26-53 faiz çox olub. Çayda orta duzluluq bu il 0,7 q/l, əvvəlki il isə 7,3 q/l təşkil edib.
  Mingəçevir su anbarından buraxılan suyun həcminin keçən il ilə müqayisədə 40 faiz çox olması ilə əlaqədar Kürün aşağı axınında sululuq ötən il ilə müqayisədə çox olub. Sentyabr ayının 5-dən sonra gözlənilən yağışlı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun nisbətən artacağı gözlənilir.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA