sedanews.az
sedanews.az

Yeni tədris ilində peşə təhsili sahəsi üzrə ən çox plan yeri ayrılan ixtisaslar açıqlanıb

28-07-2023, 12:22

  “Peşə təhsili müəssisələrinə qəbulda 30 balı keçənlər növbəti mərhələyə çağırılacaqlar”.

   Bu fikirləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini müvəqqəti icra edən Ceyhun Kərəmov bu gün keçirilən brifinqdə deyib. O qeyd edib ki, yeni tədris ilində peşə təhsili sahəsi üzrə ən çox plan yeri ayrılan ixtisaslar da məlumdur:
   “İlk sırada keçən il olduğu kimi aşpaz və dərzi peşələri dayanır. Yeni tədris ilindən yüksək texniki peşə sahəsi üzrə iki yeni ixtisas - kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, kənd təsərrüfatı və inşaat texnikasının istismarı, texniki peşə sahəsi üzrə isə üç yeni ixtisas - rabitə quraşdırıcısı kabeli, kombi və kondisioner ustası, eləcə də unüyütmə istehsalının aparatçısı tədris olunacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA