sedanews.az
sedanews.az

Bu gün Füzuli şəhərinə növbəti köç karvanı başlayır

18-03-2024, 10:56 122 dəfə baxılıb



  Bu gün Füzuli şəhərinə növbəti köç karvanı başlayır.
REAL xəbər verir ki, Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3”də Füzuliyə 34 ailədən (123 nəfər) ibarət növbəti köç karvanı yola salınacaq.
  Bununla da Füzuli şəhərində ümumilikdə 596 ailənin (2 245 nəfər) daimi məskunlaşması təmin ediləcək.
  Qeyd edək ki, Füzuliyə sonuncu köç karvanı martın 15-də baş tutub. Həmin mərhələdə şəhərə daha 35 ailə - 153 nəfər köçürülüb və onlara mənzillərin açarları təqdim olunub. Ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA