sedanews.az
sedanews.az

“Rəqəmsal gələcəyə addım” - VİDEO

14-12-2021, 16:22 295 dəfə baxılıb

                                                 “Rəqəmsal gələcəyə addım” 

  Şagirdlər arasında müsabiqənin final mərhələsi keçirilir
Təhsil Nazirliyinin təşkilatçılığı ilə 5-9-cu sinif şagirdləri arasında "Kod saatı: Rəqəmsal gələcəyə addım" adlı Respublika üzrə təşkil olunan müsabiqənin final mərhələsi keçirilir.
Tədbirdə Təhsil nazirliyininvə beynəlxalq Alqoritmika şirkətinin nümayəndələri, müəllimlər və şagirdlər iştirak edir. Açılış nitqi çıxış edən Firudin Qurbanov layihənin tədris prosesinə müasir informasiya texnologiyalarının tətbiqi, eləcə də tələbələrin proqramlaşdırma və məntiqi təfəkkür sahəsində bilik səviyyəsinin artırılması baxımından əhəmiyyətini vurğulayıb.
Müsabiqənin final mərhələsində şagirdlər komanda şəklində mübarizə aparır, burada müəyyən vaxt ərzində təsadüfi olaraq finalçılardan ibarət komandalar komanda layihəsini tamamlamaq üçün bir-biri ilə yarışır. Finalda 20 komanda olmaqla respublikanın 61 məktəbindən 100 şagird iştirak edir.
Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün 21 min şagird qeydiyyatdan keçərək birinci mərhələdə iştirak edib. Onlardan 5500 nəfəri müsabiqənin ikinci mərhələsinə adlayıb. İkinci mərhələdə ümumilikdə 3936 şagird iştirak edib.
   Yarışın sonunda qalib komanda mükafatlandırılacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA