sedanews.az
sedanews.az

Xocalı soyqrımı İtaliya mətbuatının geniş diqqət mərkəzində olub

28-02-2022, 16:39 378 dəfə baxılıb

Xocalı soyqrımının anılmasının 30 illiyi İtaliya mətbuatının geniş diqqət mərkəzində olub.
REAL-ın Avropa bürosunun məlumatına görə, İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələri Xocalı soyqrımının anılmasının 30 illiyi mövzusuna diqqət ayırıblar. Bu xüsusda, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin müsahibə və açıqlamaları, Azərbaycanın İtaliyadakı Səfirliyinin mətbuat açıqlaması dərc olunub, habelə anım tədbiri ilə bağlı reportajlar yayımlanıb.
Səfir M.Əhmədzadənin İtaliyanın nüfuzlu "il Giornale" qəzetində Xocalı soyqırımı ilə bağlı dərc olunmuş geniş müsahibəsi "MSN" və "Headtopics" kimi mətbuat orqanlarının da marağına səbəb olub və onlar tərəfindən də təkrar dərc olunub.
"Retesole Lazio" televiziya kanalında 24 fevral tarixində Romada nümayiş olunmuş Xocalı soyqırımı qurbanlarının acı taleyindən bəhs edən Arye Qut və Əmir Qutun "Ağrı" romanının motivləri əsasında italyan yazıçı Klaudia Di Domenikonun ssenari müəllifi və rejissoru olduğu eyniadlı tamaşa ilə bağlı geniş videorportaj yayımlanıb. Videoreportajda səfir M.Əhmədzadənin, tamaşanın ssenari müəllifi və rejissoru Di Domenikonun, ideya müəllifi və bədii rəhbəri, maestro Pierluici Ruccieronun və musiqilərin müəllifi bəstəkar, pianoçu Luciano Di Ciandomenikonun müsahibələri də yer alıb.
Habelə Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Azərbaycanın İtaliyadakı Səfirliyinin mətbuat açıqlaması, 24 fevral tarixində Romada nümayiş olunmuş Xocalı soyqırımı qurbanlarının acı taleyindən bəhs edən "Ağrı" bədii-musiqili tamaşası və həmin tədbirdə səfir M.Əhmədzadənin söylədiyi nitqi "Nova News", "Agenzia Nova", "Gazetta Diplomatica", "Giornale Diplomatico", "Kmetro0", "Globus Magazine", "Metroct" və sair kimi mətbuat orqanları tərəfindən dərc edilib.
Eyni zamanda, "Askanews" xəbər agentliyi Xocalı soyqırımının 30-cü ildönümünün anılması münasibətilə nümayiş olunmuş "Ağrı" tamaşası ilə bağlı videoreportaj hazırlayaraq yayıb və həmin videoreportaj İtaliya mətbuatının böyük marağına səbəb olub. "İl Sole 24 Ore", "il Tempo", "Libero Quotidiano", "Affari Italiani", "Today.it", "il Dolomiti", "Notizie Yahoo", "Finance Yahoo", "Style Yahoo", "Quotidiano", "Virgilio", "Notizie Tiscali", "Corriere di Siena", "Corriere di Viterbo", "Corriere di Rieti", "Corriere dell'Umbria", "Timgate", "Vistosulweb", "Dailymotion", "MSN", "Notizie.it" və sair kimi çoxsaylı mətbuat orqanları tərəfindən də həmin videoreportaj yayılıb.
Məlumatlarla aşağıdakı keçidlərdən tanıış olmaq mümkündür:
https://www.ilgiornale.it/news/mondo/khojaly-riconciliazione-passa-riconoscimento-2012749.html
https://www.msn.com/it-it/notizie/mondo/khojaly-la-riconciliazione-passa-dal-riconoscimento/ar-AAUezh5?li=BBqfUd8
https://headtopics.com/it/khojaly-la-riconciliazione-passa-dal-riconoscimento-24300433
https://www.retesole.it/2022/02/25/cultura-a-roma-uno-spettacolo-in-ricordo-del-massacro-di-khojaly/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA