sedanews.az
sedanews.az

Müstəqillik Günümüz İsveçrədə qeyd edildi - FOTO

31-05-2022, 10:21 403 dəfə baxılıb



    Bu münasibətlə Bern şəhərində tədbir keçirildi
Azərbaycanla İsveçrə arasında diplomatik əlaqələrinin qurulmasının 30-cu ildönümünə həsr olunmuş tədbirdə İsveçrə Xarici İşlər Federal Departamentinin Dövlət Katibi Bernin meri Alek von Graffenfried, hökumət rəsmiləri, yerli siyasi, ictimai və mədəniyyət xadimləri, Azərbaycan diaspora üzvləri, Berndə akkreditə olunmuş səfirlər və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
     REAL TV-nin Avropa bürosu xəbər verir ki, hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayan bayram tədbirində ilk olaraq Azərbaycanın İsveşrədəki səfiri Fuad İsgəndərov şıxış edərək Azərbaycanın dinamik inkişafı, iki ölkə arasında olan və iqtisadi, siyasi, humanitar və digər sahələri əhatə edən münasibətlər haqda dnışdı, səfir, gələcəkdə bu münasibətlərin yüksək tərəfdaşlıq əlaqələrinə çevrilməsinin vacibliyini vurğulayaraq, regionda baş verən son hadisələr barədə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan daxili və xarici siyasət, sülhün bərqərar olunması istiqamətində gördüyü işlər barədə qonaqlara məlumat verib.
Daha sonra tədbirdə çıxış edən Bern şəhərinin meri Alek von Graffenfried iki ölkə arasında olan münasibətlər barədə danışıb, diplomatik münasibətlərin tarixinə toxunan mer, hazırda regionumuzda baş verən sülh proseslərinə Azərbaycanın töhfəsini xüsusi vurğulayıb.
    Bayram tədbirinin rəsmi hissəsi bitdikdən sonra qonaqlar üçün Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” muğam qrupunun və əməkdar artist Ceyla Seyidovanın ifalarından ibarət konsert proqramı ilə davam edib.


















Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA