sedanews.az
sedanews.az

Qərb Azərbaycana qarşı sanksiyalara hazırlaşır - Payızın ortalarına qədər bu...

7-07-2022, 11:29 357 dəfə baxılıb

   Qərb Azərbaycana qarşı sanksiyalara hazırlaşır - Payızın ortalarına qədər bu...


"Avropa qarşısına Qarabağın Azərbaycanın tərkibində olması kimi məqsəd qoymayıb".
Bunu Milli.Az-a açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib.
   O bildirib ki, Qərb Azərbaycan xalqına tam qələbə qazanmağa imkan vermək niyyətində deyil:
  "Qərbin "status", Qarabağdakı ermənilərin hüquqları məsələsini gündəmdə saxlaması, Azərbaycanın dəhliz tələbini iqnor etməsi həmin siyasətin tərkib hissəsidir. Aydındır ki, Qarabağın azad edilməmış hissəsində erməni subyektliyini saxlamaq Avropanın məqsədidir və bu niyyətini artıq bir neçə dəfə siyasi reket üsulu ilə nümayiş etdirib. Bununla bağlı Fransa parlamenti və bır sıra Avropa ölkələrinin Qarabağ erməniləri ilə bağlı qərarlarını xatırlamaq yerinə düşərdi.Bu, əslində siqnal idi, hərçənd ki, sonradan Avropa vahid şəkildə danışıq yolu ilə Azərbaycanla mövqelərini razılaşdırmaq yolunu tutdu. Şarl Mişel də Qərbin həmin səsi, sözçüsüdür. Qərbin Azərbaycana qarşı təcavüz, siyasi reketinin yumşaltmasında Azərbaycan rəhbərliyinin də təqdirəlayiq siyasətini qeyd etmək istərdim. Bakı Qərbə qarşı adekvatdır. Onun maraqlarını nəzərə alır, Qərbin Azərbaycana qarşı təxribat xarakterli siyasət yeritməsinə imkan vermir.
  Qlobal Bakı forumu kimi tədbirlər həmin uğurlu ictimai diplomatiyanın bir hissəsidir ki, Qərbin antiazərbaycan simasını göstərməsini vaxt baxımından uzadır. Biləsiniz ki, Qərbin Azərbaycan rəhbərliyinə qarşı Yaxın Şərq və Rusiya, Belarus kimi dövlətlərin siyasi elitalarına münasibətdə sanksiyalar paketi tətbiq etmək planları var. Qarabağın erməni subyekti kimi qorunması xülyası puç olduqca, biz bu sanksiyaları görəcəyik. Odur ki, ortadakı fəallıq siyasi manevrdir. Çünki məqsəd Azərbaycan xalqına tam qələbə qazanmağa imkan verməməkdır.
  Mən düşünürəm ki, Qərbdə Qarabağdakı mövcud vəziyyəti Ukrayna-Rusiya münasibətləri kontekstində təhlil edirlər. Ukrayna cəbhəsində qarşıda vacib gedişatlar gözlənilir. Söhbət Donetskdə Ukraynanın müdafiəsini qırmaq və onun ardınca Xarkov, Nikolaev və Odessanın Rusiyanın nəzarətinə keçməsindən gedir. Payızın ortalarına qədər bu hadisələr baş verməlidir.
  Düşünürəm ki, Qərbdə anlayırlar ki, bu tarixi hadisələrin əks-sədası Ermənistan-Azərbaycan sərhədində, habelə Qarabağın daxilində hiss ediləcək. Qərbin Qarabağdakı fəallıq cəhdini qabaqlayıcı, daşındırıcı manevr kimi, Azərbaycanı mümkün hərbi siyasi gedişatdan çəkindirmək xarakterli addımlar kimi dəyərləndirirəm". 
Təhməz Əsədov






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA