sedanews.az
sedanews.az

Ukrayna kəşfiyyatı vətəndaşları Belarusa səfərlərdən çəkinməyə çağırıb

14-08-2024, 14:34


  Ukraynanın Xarici Kəşfiyyat Xidməti vətəndaşları Belarusa səfərlərdən çəkinməyə çağırıb.
 APA-nın “Interfax-Ukraine” saytına istinadən xəbərinə görə, bu barədə informasiya qurumun rəsmi internet səhifəsində yerləşdirilib.
  Qeyd olunub ki, adı çəkilən ölkəyə gedən ukraynalılardan şəxsi məlumatlar, eləcə də səfərin məqsədləri barədə məlumatlar, habelə sosial şəbəkə hesablarına giriş imkanı verən istifadəçi adları və şifrələr, o cümlədən yazışmalar toplanaraq, filtrasiya edilir:
“Xüsusilə həssas yanaşma tələb edən faktlar aşkarlandıqda bu qəbildən olan şəxslər “Ekstremizm” maddəsilə cinayət məsuliyyətinə cəlb olunur və ya ölkədən çıxarılır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA