Bu gün Lüksemburqda Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Aİ-nin rəsmi internet saytında dərc edilmiş press-relizdə bildirilib.
Qeyd olunub ki, ittifaqın Ali nümayəndəsi Cozep Borrellin də iştirak edəcəyi görüşdə digər məsələlərlə yanaşı Gürcüstanla bağlı müzakirələr aparılacaq. Bundan başqa, Ukrayna xarici işlər naziri Andrey Sibiqa ilə qeyri-rəsmi fikir mübadiləsindən sonra XİN başçıları Rusiyanın Ukraynaya təcavüzünü müzakirə edəcəklər.
İclasda həmçinin Yaxın Şərqdəki vəziyyətə nəzər salınacaq.