Koronavirusa görə infeksiya ocaqlarında dezinfeksiya işlərinin aparılması üçün özəl şirkətlər əraziyə dəvət edilmir, özəl şirkətlərin bu ocaqları dezinfeksiya etməsi qadağandır.Milli.Az xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər Dezinfeksiya Mərkəzinin (BŞDM) direktoru Akif Məmmədov deyib.
Onun sözlərinə görə, hazırda Bakıda infeksiya ocaqlarında dezinfeksiya işləri yalnız BŞDM tərəfindən həyata keçirilir:
"Ola bilər ki, hansısa müəssisənin özəl şirkətlə müqaviləsi var və dezinfeksiya işini onlara etdirirlər. Amma bu düzgün deyil. Çünki ocağın mənbəyi və xəstənin hansı yerdə olduğu bilinməli və həmin yerlər də dezinfeksiya edilməlidir".
A.Məmmədov infeksiya ocaqlarında dezinfeksiya işlərini müvafiq dövlət qurumlarının sifarişi ilə ödənişsiz əsaslarla həyata keçirdiyini də söyləyib:
"Ocaqlarda aparılan dezinfeksiya işləri ödənişli deyil. Biz hazırda yalnız infeksiya ocaqlarında dezinfeksiya işləri aparırıq. Əgər hansısa xəstəxanada xəstə olubsa və o, artıq evə gedirsə, biz həmin xəstəxanaya gedərək xəstənin olduğu yeri dezinfeksiya edirik. Bu işi yalnız sifarişlə yerinə yetiririk".
Direktor əlavə edib ki, hazırkı şəraitdə müəssisələr yalnız profilaktik məqsədlə həyata keçirdikləri dezinfeksiya işləri ilə kifayətlənməli deyillər:
"Onlar özləri də cari dezinfeksiya işləri aparmalıdırlar. Cari dezinfeksiya dedikdə, xüsusi məhlulla hər gün qapı dəstəklərinin təmizlənməsi, döşəmələrin, pəncərələrinin ön hissələrinin silinməsi və s. nəzərdə tutulur. Müəssisələrin xüsusi sanitar işçilər bu işləri hər gün görməlidirlər".
Dezinfeksiya üçün istifadə edilən məhlulların nə qədər müddətdə aktiv olduğuna gəldikdə, A.Məmmədov deyib ki, dezinfeksiya edilən otağa virusa yoluxmuş br-iki insan daxil olduqdan sonra burada yenidən virusa yoluxma mümkün ola bilər:
"Dörd saat ərzində dezinfeksiya məhlulunun təsiri aktiv olur və o, olan infeksiyanı öldürür. Amma heç kim bu müddətdə virusun ölüb-ölməyəcəyinə tam olaraq təminat verə bilməz".
A.Məmmədov hazırda dezinfeksiya üçün istifadə edilən məhsulların çatışmazlığı probleminin olmadığını da söyləyib:
"Bütün məhsullarımız kifayət qədərdir. Dezinfeksiya məhsullarını stansiyaya Səhiyyə Nazirliyi verir. Bu məhsulların arasında həm Azərbaycanda, həm də xarici ölkələrdə istehsal edilən dezinfeksiya vasitələri var. Dezinfeksiya üçün istifadə edilən məhsullar arasında yerli istehsal olan məhsullar da çoxdur".
A.Məmmədov qeyd edib ki, dezinfeksiya işlərinin həyata keçirilməsi üçün həkim, təlimatçı, epidemioloq və dezinfektorların sayı da kifayət qədərdir.
Dezinfektor işləmək üçün ali və ya orta ixtisas təhsili almağın vacib olmadığını nəzərə çatdıran mərkəz direktoru bildirib ki, bu işlə məşğul olan şəxslər stansiyada 15 gün -1 ay müddətində təcrübə keçdikdən sonra dezinfeksiya işləri həyata keçirirlər:
"Amma dezinfektorlar özbaşına obyektdə heç bir iş görə bilməzlər. O, ya təlimatçının, ya da həkimin nəzarəti ilə dezinfeksiya işləri həyata keçirir. Çünki bu işlərin səmərəli görülməsi üçün məhlula əlavə edilən maddələr nisbətinin mütəxəssis tərəfindən düzgün təyin edilməsi olduqca mühüm məsələdir. Stansiya tərəfindən bu işlər birbaşa həkim nəzarəti altında görülür. Həkimin birbaşa nəzarəti altında dezinfeksiya edilən yer və maddələr nisbəti müəyyən edilir. Amma bu gün dezinfeksiya işlərini həyata keçirən özəl şirkətlərin də sayı çoxdur. Biz bilmirik ki, onlar necə mütəxəssislərlə və hansı məhlullarla işləyirlər".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Bakı sakinlərinə xəbərdarlıq: Sabah küçəyə çıxmayın - Səbəb
Sumqayıt İcra Hakimiyyətindən milyonluq borc qalmaqalı ilə bağlı rəsmi açıqlama - ÖZƏL
Bakı hərəkətə keçdi: Dəhşətli virusla bağlı tədbirlər...
Cəlilabadda acı həyat gerçəyimiz: Ahıl ana və qızı qəbiristanlıqda yaşayır
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Vətənə həsr olunmuş ömür –şəhid Aydın Abdullayev
Qalibiyyət ruhlu xalq
Pərviz Həsənov reabilitasiya mərkəzində necə ölüb? - Qoluna qandal vurulubmuş
ABŞ qərar üçün Ukraynaya bir neçə gün vaxt verdi
Azərbaycan və Türkiyə hərbi təhlükəsizliyi gücləndirən sənədi təsdiqlədi
"Salatın Əsgərova – Cəsarətin və qələmin simvolu"
XİN: Rusiya Gürcüstanla münasibətləri normallaşdırmağa hazırdır
Prezident qurultay iştirakçılarına müraciət ünvanladı
Sosial şəbəkələrdə müalicəyə ehtiyacı olan uşaqların şəkillərini paylaşaraq dələduzluq edən şəxs həbs edildi
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilir
Mehdiyev işi: Abbas Abbasov axtarışa verildi
Emin Əmrullayev: Məktəbli çantalarını yükləyən tərəf nazirlik deyil
Təzyiqdən öldüyü deyilən qadının qətlə yetirildiyi məlum olub
Kimlərə iki dəfə çox maaş ödəniləcək?
Hərbi Prokurorluqda Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirildi
İlham Əliyev və Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Azərbaycanın bəzi ərazilərinə qar yağır - FAKTİKİ HAVA
Azərbaycan Prezidenti Qurbanqulu Berdiməhəmmədova zəng edib
Xocalının Badara, Ballıca və Şuşakənd kəndlərinə növbəti köç karvanları yola salınıb
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar açıqlandı
DTX əməliyyat keçirdi - Xarici xidmətlərin gizli planı ifşa edildi - VİDEO
Marketlərdə qiymət oyunu: Alıcını kim aldadır – piştaxta, yoxsa kassa?
Vətəndaşlar liftin təhlükəsizliyi barədə elektron məlumat ala biləcəklər
Müharibə veteranlarının əmək məzuniyyəti 46 günə qaldırılır
Ana olmağa hazırlaşanlara sevindirici xəbər: Əmək haqqı...
"Amerikanka"lar xeyli bahalaşacaq - Gürcüstan rüsumları iki dəfə artırdı
İki ölkə İranla müharibə məşqlərinə başladı
Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü oldu
Azərbaycan Bəhreyndə keçirilən “Mara’ee 2025” tədbirində təmsil olunub
Bu şəxslərə birdəfəlik haqq ödəniləcək
Gələn il üçün yaşayış minimumu 300 manat olacaq
Kəbəyə getmək istəyənlərin nəzərinə - Yeni qadağa qüvvəyə minir
Ermənistanda Azərbaycandilli media xidməti bağlandı
“Sərnişinlər yox, sanki əsirdirlər! Masazır -Əcəmi marşrutu insanları yolda qoyur”...
Başlıq: "Ana Haray Çəkir: 5 Yaşlı Nihatın Səssiz Dünyasından Çıxmağa Yardım Edək!"
İdman zalında qəfil ölümlər - Azərbaycanda və dünyada məşhur simaların faciəli taleləri
“Qarabağ” UEFA reytinqində əmsalını artırdı
“Qarabağ” bu gün “Kopenhagen”ə qarşı - Saatlar qaldı
III MDB Oyunlarında Azərbaycanın bayraqdarları - FOTO
Formula 1 Azərbaycan: sərbəst yürüş başladı
Formula 1 zamanı açıq olan yolların SİYAHISI
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi