sedanews.az
sedanews.az

Gələn həftədən SMS-icazə ləğv ediləcək? - Açıqlama

24-12-2020, 14:00 431 dəfə baxılıb

Gələn həftədən SMS-icazə ləğv ediləcək? - Açıqlama

Dekabrın 22-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 284 yeni yoluxma faktı qeydə alınıb, 4 392 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 41 nəfər isə vəfat edib. Bu azalma davam edərsə, gələn həftə Azərbaycanda "SMS icazə" sistemi ləğv edilə bilərmi?
Axar.az Sonxəbər.az-a istinadən xəbər verir ki, bununla bağlı danışan deputat Müşfiq Cəfərov son günlər rəqəmlərin azalmasının ürəkaçan olduğunu bildirib.
“Belə ki, artıq gündəlik yoluxmaların sayı 4000-dən 2000 minə düşüb. Bu sayın iki dəfə azalması çox yaxşı nəticədir. Artıq azalma davam edərsə, gündəlik yoluxma sayı 3 rəqəmliyə enə bilər. Amma hər hansı yumşalma və SMS-icazə ilə bağlı konkret fikir söyləmək çətindir, çünki gələn həftə bizdə bayram günləridir. Bayrama yaxın yumşalma etmək düzgün olmazdı. Çünki insanlar bayram günlərində bir-birilərinin evinə qonaq gedir, kütləvi toplaşaraq bayramı qeyd edirlər. Təbii ki, buna yol vermək olmaz”, - deputat deyib.
Deputat qeyd edib ki, yoluxma daha çox insanların kütləvi toplaşdığı yerlərdə olur:
“Hər hansı bir şəxsin yoluxması insanları kütləvi şəkildə yoluxdura bilər. Ona görə yanvarın 18-nə kimi tətbiq edilən SMS-icazə sistemini gözləməliyik. Yanvarın 18-dən sonra bu məsələyə baxıla bilər və vəziyyətə uyğun olaraq, SMS-icazə sistemi ləğv edilə bilər. Təbii ki, qoyulan qaydalara əməl etmək şərti ilə. Amma böyük şəhər və rayonlarda yumşalmalara getmək hələ tezdir. Yoluxma sayını heç olmasa üç rəqəmliyə endirmək lazımdır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA