sedanews.az
sedanews.az

Bu yumruq yerindədir. Heç kim bizim qabağımızda dura bilməz!

18-05-2021, 17:51 404 dəfə baxılıb

Bu yumruq yerindədir. Heç kim bizim qabağımızda dura bilməz!

Möhtərəm Prezidentimiz hər ötən gün Vətənimizin inkişafı naminə yeniliklərə imza atır və yaxın günlərdə, yəni 10 May tarixində Cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri baş tutdu.Naxçıvanda yaradılan bir çox layihələrlə tanış oldu.O müsahibəsində bildirdi ki, bu onun Naxçıvana 15-ci səfəridir və Naxçıvan sürətlə inkişaf edir. Bütün sahələr üzrə işlər müsbət istiqamətdə gedir.Həmçinin bir neçə infrastruktur lahiyəsinin açılışında iştirak etdiyini,Ordubad şəhərində içməli su və kanalizasiya layihəsinin istifadəyə verilməsini qeyd etdiyini söylədi.İlham Əliyev bildirdi ki,Muxtar Respublikanın bu cür sürətlə inkişafı onu çox sevindirir, hətta qazlaşmanın səviyyəsinin, elektrik təchizatının 100 faizə çatdığını çox sevinərək bildirdi.

Sənaye potensialı inkişaf edir.Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir.Ümumi daxili məhsul 10 dəfədən çox artıb. Kənd təsərrüfatı ilə bağlı görülmüş işlər nəticəsini verməkdədir.

Cənab Prezident əvvəllər Naxçıvanda işığın, enerjinin olmadığını Ermənistan Respublikası tərəfindən kəsildiyini, lakin indi buna heç nəyin mane olmadığını böyük qürurla ifadə etdi.Həmçinin magistral yolların açılışında iştirak etdiyini və keyfiyyətindən tam əmin olduğunu bildirdi.

“ASANxidmət”mərkəzinin tikintisi ilə tanış olduğunu və bunun İctimai Xidmətlər sahəsində çox önəmli bir təchizat olduğunu söyləyib. Ölkəmizdə “Dost” Mərkəzlərinin yarandığını və Naxçıvanda da bu mərkəzlərin yaradılması ilə bağlı göstəriş verdiyini bildirdi.Bu da sosial təminat və pensiya təminatı sahələrində bizim növbəti uğurlu addımımızdır, milli brendimizdir.

Prezident Naxçıvanın çox böyük turizim potensialı olduğunu və yeni uçuş- enmə zolağının açılışında iştirak etdiyini, hal- hazırda mövcud pandemiya ilə əlaqədar turizmin tənəzzül etməsini, lakin pandemiyadan sonra Naxçıvana turistlərin axınının güclənəcəyini böyük ümidlə ifadə etdi.

Cənab İlham Əliyev hərb sahəsinə də böyük diqqət etdiyini, ölkənin müdafiəsində böyük rol oynadığını bildirdi.Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin edilməsində, hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasında bu obyektlərin böyük önəmi var. Çünki hərbçilərin indi xidmət şəraiti yaxşılaşır, yeni hərbi hissələr tikilir. Son illər ərzində Naxçıvanda demək olar ki, bütün hərbi hissələr yenidən quruldu və olmayan bir çox hissələr yaradılmışdır. Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı da əlamətdar hadisədir. Çünki bu, Naxçıvan Muxtar Respublikasının ən böyük tibb müəssisəsidir, çarpayıların sayına görə Mərkəzi Xəstəxanadan da böyükdür. Eyni zamanda, hərbi aerodromun açılması Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin edilməsində xüsusi yer tutur.

Prezident İlham Əliyev çıxışını bu sözlərlə tamamladı: “Biz hələ ki, təmkin göstəririk. Amma odla oynamasınlar. Onlar bizim yumruğumuzu görüblər. Bu yumruq yerindədir. Heç kim bizim qabağımızda dura bilməz. Əgər biz zərrə qədər təhlükə görsək, zərrə qədər, onları dərhal məhv edəcəyik. Elə yerindəcə məhv edəcəyik. Onlar da bunu bilirlər. Gücümüz də var, iradəmiz də var, cəsarətimiz də var.Yumruqda yerindədir”. 

E.Qaranzadə adına 270 nömrəli tam orta məktəbin müəllimi Kəmalə Məmmədova






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA