sedanews.az
sedanews.az

Öz adını Azərbaycan tarixinə XXI əsrin sərkərdəsi olaraq yazmış, Azərbaycan Respublikasının Ali Baş komandanı cənab İlham Əliyevin müsahibələrini qürur hissi keçirmədən izləmək qeyri-mümkündür.

18-05-2021, 17:30 482 dəfə baxılıb

Öz adını Azərbaycan tarixinə XXI əsrin sərkərdəsi olaraq yazmış, Azərbaycan Respublikasının Ali Baş komandanı cənab İlham Əliyevin müsahibələrini qürur hissi keçirmədən izləmək qeyri-mümkündür.

Prezident İlham Əliyev 10 may 2021-ci il tarixində Naxçıvan Muxtar Respublikasına olan 15-ci rəsmi səfəri zamanı ASAN Xidmət binasının, “Azərxalça” ASC-nin Naxçıvan filialının tikintisi prosesi ilə tanış olmuş, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının, Süni Mayalanma Mərkəzinin,Culfa-Ordubad magistral yolunun açılışında iştirak etmişdir. Səfərin sonunda Azərbaycan Dövlət Televiziyasına müsahibə verən cənab Prezident strateji cəhətdən böyük əhəmiyyətə malik Naxçıvanda gedən sürətli inkişaf prosesilə yaxından tanış olduğunu və bu inkişafın önəmini vurğulamışdır.
Müsahibə zamanı, 1970-ci illərdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və naxçıvanlıların qətiyyəti nəticəsində erməni işğallarının qarşısının alınmasından, AXC-Müsavat cütlüyünün Naxçıvanda Heydər Əliyevi devirmək üçün bütün imkanları səfərbər etməklərindən, öz marionetlərini gətirmək niyyətlərindən və faktiki olaraq Naxçıvanı da ermənilərə bağışlama planlarından, Ulu Öndərin qətiyyəti, cəsarəti, siyasi müdrikliyi, naxçıvanlıların fədakarlığı ilə bütün bu planların – ermənilərin və AXC-Müsavat cütlüyünün planlarının alt-üst edilməsindən, 1993-cü ildə ölkəmizin üzə-üzə qaldığı parçalanma təhlükəsindən, vətəndaş müharibəsindən və məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində bu sınaqlardan üzüağ çıxmağımızdan bəhs edilmiş, bugün əldə etdiyimiz Zəfəri məhz həmin illərdə təməli qoyulmuş müdrik siyasətə borclu olduğumuz qeyd olunmuşdur.
Eyni zamanda Prezident İlham Əliyev xarici qüvvələr tərəfindən tez tez ortaya atılan “Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır” fikrinə də tam aydınlıq gətirərək qeyd etmişdir ki, “Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Münaqişə öz həllini tapıb və hesab edirəm ki, bu məsələyə qayıtmaq əbəsdir. Hər halda, müharibədən sonra keçən dövr ərzində bunu göstərdik. Birincisi, əgər kimsə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, bu, onun öz problemidir. İkincisi, bu, çox təhlükəli yanaşmadır. Əgər bu münaqişə həll olunmayıbsa, onda bu münaqişənin həlli necə olmalıdır? O deməkdir ki, noyabrın 10-da imzalanmış Bəyanat qüvvəsini itirib? Yəni, mən bunu belə başa düşə bilərəm. Noyabrın 10-da faktiki olaraq - de-fakto münaqişənin həlli ilə bağlı sənəd imzalandı. Bu, təkcə atəşkəs haqqında sənəd deyil, bəziləri bunu belə qələmə vermək istəyirlər. Açsınlar gözlərini baxsınlar, orada neçə maddə var. Atəşkəs haqqında sənəddə bir maddə olur - atəşkəs, vəssalam. Burada bir çox maddələr var. Bir çox məsələləri əhatə edən maddələr var, o cümlədən kommunikasiyaların açılması. Münaqişə həll olunmayıbsa, hansı kommunikasiyaların açılmasından söhbət gedə bilər? Əgər Münaqişə həll olunmayıbsa, nə üçün onda Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinləri görüşürlər, razılığa gəlirlər.”-deyərək qeyd etmişdir.
Təbii ki, bu cür çıxışları dinləyərkən, izləyərəkən Azərbaycan kimi qüdrətli bir ölkədə yaşadığım üçün, Azərbaycanlı olduğum üçün qürurlanmamaq mümkünsüzdür.
Bu gün hər bir gənc tarixi əhəmiyyət daşıyan bu müsahibələri mütləq dinləməli, Azərbaycanın ən müasir tarixinə yazılmış şanlı səhifələri canlı olaraq izləməli və qürur duymalıdır!
Suraxanı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Rəşid Heydərov






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA