sedanews.az
sedanews.az

Azərbaycanlı əsirlər çox pis şəraitdə saxlanılır - Elnur Məmmədov

30-08-2021, 10:46 401 dəfə baxılıb

Azərbaycanlı əsirlər çox pis şəraitdə saxlanılır - Elnur Məmmədov



Azərbaycanlı əsirlər çox pis şəraitdə saxlanılır və onlar buna tab gətirməyərək həyatlarını itirirlər. Bu insanlığa qarşı cinayətdir
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.
Nazir müavini bildirib ki, Azərbaycan əsir, itkin, girov götürülmüş şəxslərlə bağlı BMT-nin qətnamələrinə hər zaman əməl edib. Hazırda Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 3890 nəfər itkin düşüb və onlardan 3171 hərbçi, 719 isə mülki şəxslərdir: "Ermənistan 267 mülki şəxsi əsir götürüb. O cümlədən 29 uşaq, 98 qadın, 112 yaşlı şəxsi girov götürüb və geri qaytarmayıb. Azərbaycanlı əsirlər çox pis şəraitdə saxlanılır və onlar buna tab gətirməyərək həyatlarını itirirlər. Bu insanlığa qarşı cinayətdir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA