Kəlbəcərdə həlak olan baş leytenanta şəhid statusu verilib
Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən itkin düşəndən üç gün sonra meyiti tapılan baş leytenant Fuad Bağırova şəhid statusu verilib.
Bu barədə REAL-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.
“Qanunvericiliyə əsasən, Kəlbəcərdə həlak olan hərbi qulluqçumuza şəhid statusu verilib", - məlumatda qeyd edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.