sedanews.az
sedanews.az

Gənclər böyük potensiala malikdir!

5-02-2022, 12:31 428 dəfə baxılıb


1990-cı illərin əvvələrində Azərbaycan dünya xəritəsindən silinmə təhlükəsi ilə üz üzə qalmışdı. İqtisadi tənəzzül, birinci Qarabağ müharibəsindəki məğlubiyyət, yüz minlərlə məcburi köçkünün ağır həyat şəraiti, nizami ordunun olmaması ölkənin necə acınacaqlı bir vəziyyətdə olduğunun göstərgəsi idi.
Belə bir ağır vəziyyətdə Ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə yenidən qayıdışı ilə Azərbaycanda ilk öncə daxili sabitlik təmin olunduqdan sonra neft- qaz kontraktlarının imzalanması ölkənin gələcək inkişafı ilə bağlı yeni ümidlər yaratdı. Ölkədə aparılan köklü islahatlar və quruculuq işləri Azərbaycanın yeni inkişaf mərhələsinin başlanğıcı oldu.
1994-ci ildə Gənclər və İdman Nazirliyinin yaradılması, 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk forumunun keçirilməsi və 1997-ci ildə bu il 25 illiyini qeyd etdiyimiz “2 fevral- Gənclər Günü”nün təsis olunması Ümümmilli Liderimizin gənclər və idman sahəsinə xüsusi diqqəti və qayğısı gənclərə olan sevgisinin təzahürü idi. Bütün bu işlər gəncləri gələcək inkişaf üçün təşkilatlandırmaq, onları gələcəyə hazırlamaq ücün atılan addımlar idi.
Bu gün də yeni gənc nəslin vətənpərvərlik ruhunda dövlətə sədaqət əsasında yetişdirilməsi kimi məsələlərdə Ümümmilli liderimiz Heydər Əliyevin irsi əvəz olunmazdır. Və bu irsin günümüzdə də prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi vətənpərvər, xalqına, dövlətinə sadiq, milli-mənəvi dəyərlərinə bağlı gənc nəslin yetişməsinə zəmin yaratdı.
Yetişən bu gənc nəsil isə ölkəsinə, liderinə bağlılığını ikinci Qarabağ savaşında öz canlarını ortaya qoyaraq sübut etdilər. Onlar Ali Baş Komandanın rəhbərliyi ilə uzun illər işğal altında qalan torpaqlarımızı işğaldan azad edərək öz adlarını tariximizə qızıl hərflərlə yazmağı bacardılar.
Biz əminik ki, Azərbaycan gəncləri bundan sonra da kənar qüvvələrin təsiri altında qalmadan, öz milli-mənəvi dəyərlərinə bağlı olaraq yollarına davam edəcəklər və öz xalqının, dövlətinin gələcək inkişafı üçün durmadan, yorulmadan çalışacaqlar. Onlar hər zaman bilməlidirlər ki, onlara dayaq olan güclü bir dövlətləri, onları sevən, onları dəstəkləyən güclü bir liderləri var. Əməli şəkildə bunu sübut edən liderimiz cənab İlham Əliyevin gənclərə olan sevgisini onun bu sözlərində bir daha aydın şəkildə görə bilirik: “Mənim gənclərə xüsusi münasibətim var. Mənim ürəyim sizinlədir. Siz bütün işlərinizdə mənə arxalana bilərsiniz. Məndə sizə arxalanıram.”
                                                          Suraxanı Rayonu Gənclər və İdman İdarəsinin
                                                                  rəis müavini Elşən Atakişizadə







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA