sedanews.az
sedanews.az

Ombudsman Ağdaban soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb

8-04-2022, 10:58 488 dəfə baxılıb

Ombudsman Ağdaban soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb


      Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ağdaban soyqırımının 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb.
Ombudsman Aparatından REAL-a verilən xəbərə görə, bəyanatda deyilir:
"Bu gün Ağdaban soyqırımından 30 il ötür. Ermənistanın tarix boyu azərbaycanlılara qarşı yürütmüş olduğu soyqırım və etnik təmizləmə siyasəti nəticəsində minlərlə günahsız insan qətlə yetirilib, kütləvi qırğınlar törədilib.
Ermənistanın insanlıq əleyhinə yönəlik çoxsaylı cinayətlərindən biri də 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcər rayonunun Ağdaban kəndində törədilmiş, kənd əhalisinə işgəncələr verilmiş, insanlar kütləvi şəkildə qətlə yetirilmiş, ahıllar, uşaqlar və qadınlar diri-diri yandırılmışdır.
Bununla yanaşı, kənd ərazisində mövcud olmuş və bəşər sivilizasiyasına aid tarixi, mədəni və dini obyektlər dağıdılmış, Azərbaycanın mədəni irsinə aid əsərlər, o cümlədən şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilmişdir.
Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağdaban kəndində ermənilər tərəfindən soyqırım cinayəti, habelə mədəni irsə qarşı vandalcasına dağıntılar törədilməsi nəticəsində insan hüquqları sahəsində mövcud olan beynəlxalq sənədlərin tələbləri kobud şəkildə pozulmuşdur.
Beynəlxalq təşkilatları və dövlətləri Ağdaban soyqırımını törətmiş cinayətkarların ədalət mühakiməsi qarşısında cəzalandırılması üçün qətiyyətli addımlar atmağa, bu qətliamı soyqırım və bəşəriyyətə qarşı törədilmiş cinayət aktı kimi tanımağa çağırıram".








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA