sedanews.az
sedanews.az

Azərbaycan səfirliyi Ramazan münasibətilə Malayziyada xeyriyyə aksiyası keçirib - FOTO

11-04-2022, 10:08 282 dəfə baxılıb

                  Azərbaycan səfirliyi Ramazan münasibətilə Malayziyada xeyriyyə aksiyası keçirib - FOTO





     Azərbaycanın Malayziyadakı səfirliyi Ramazan ayı günlərində xeyriyyə aksiyası keçirib. Malayziyanın Selanqor ştatının Ampanq rayonunda himayədən məhrum yaşlı qadınların məskunlaşdığı “Mesra Home” adlı sığınma evində səfirlik iftar süfrəsi açıb. 
REAL TV-nin Asiya bürosu xəbər verir ki, aksiyadan əvvəl Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov sığınma evinin təsisçisi və rəhbəri xanım Faeza Ali ilə görüşüb. Görüş zamanı Azərbaycan səfiri “Mesra Home” ilə birgə xeyriyyə aksiyalarının artıq ənənəvi həmrəylik münasibətlərinə çevrildiyini, Azərbaycan və Malayziya xalqlarının daim bir-birlərinə qarşılıqlı dostluq və ehtiram hissi bəslədiklərini bildirib. Azərbaycan diplomatı qeyd edib ki, İslam dini əsrlərdən bəri bəşəriyyətə  daim xeyirxahlığı, həmrəyliyi və mərhəməti təlqin edir. “Bu gün buraya - yaşlı qadınlar üçün isti yuvaya, mehriban sığınacağa çevrilmiş “Mesra Home” təşkilatına ziyarətimiz də məhz həmin təlqinə, həmin bəşəri dəyərlərə olan bağlılığımızın kiçik bir göstəricisidir. Səfirliyimiz “Mesra Home” təşkilatına, onun rəhbəri Faeza xanıma və eləcə də buradakı əməksevər kollektivə belə bir əməkdaşlığa görə təşəkkür edir. Bu aksiya eyni zamanda Azərbaycan və Malayziya xalqları arasında müştərək mənəvi dəyərlərdən irəli gəlir. Fürsətdən istifadə edərək, müqəddəs Ramazan ayının bütün malayziyalı dostlarımız üçün uğurlu olmasını, dost Malayziya xalqına sülh, əmin-amanlıq və rifah gətirməsini diləyirəm”, - deyə səfir İrfan Davudov bildirib.
Azərbaycan səfirliyinin nəcib təşəbbüs göstərdiyini bildirən F.Ali, belə birgə tədbirlərin dost xalqlar arasında mehriban əlaqələrin gücləndirilməsinə və həmrəyliyə mühüm töhfələr verdiyinə inandığını vurğulayıb və təşəkkür ifadə edib. O, “Mesra Home” təşkilatının fəaliyyəti və özünün xeyriyyəçilik təcrübəsi barədə qələmə aldığı yeni kitabından nüsxələrini Azərbaycan səfirinə hədiyyə edib.
Qeyd edək ki, “Qəlbin pıçıltısı: nənəmin qayğısına qalmalıyam” adlı kitab malay və ingilis dillərində nəşr olunub. Müəllif burada yaşlı və himayədən məhrum qadınlar üçün sığınacaq təşkil etməyə necə qərar verdiyi barədə danışır, bu niyyətini həyata keçirərkən öyrəndiyi təcrübələri oxucularla bölüşür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA