sedanews.az
sedanews.az

Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır

3-06-2022, 16:09 361 dəfə baxılıb

     Dövlətin idarə olunmasında iqtisadiyyat siyasətdən nə qədər asılıdırsa, siyasət də iqtisadiyyatdan bir o qədər asılıdır. Bu gün Azərbaycan iqtisadiyyatının təməl daşı Azərbaycan neftidir. Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək: “Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması  bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir”.  
Azərbaycan bütün dünyada qədim neft diyarı kimi tanınır. Ölkəmizdə neftin sənaye üsulu ilə hasilatı hələ XIX əsrin ortalarından başlanmışdır. Xüsusilə qeyd etmək istəyirəm ki, İkinci Dünya müharibəsi illərində Sovet İttifaqında çıxarılan neftin 75 faizini verən Azərbaycan cəbhəni yanacaqla təmin edərək alman faşizmi üzərində qələbədə böyük rol oynamışdır. Zaman keçdikcə Yeni neft strategiyasının davamlı uğurları Azərbaycan dövlətinin dinamik iqtisadi tərəqqisinə çevrilmişdir. Bununla da, ölkənin enerji təhlükəsizliyi tam təmin edilmiş və həyata keçirilən tədbirlər nəticəsində ölkənin proporsional iqtisadi inkişafına nail olmuşdur. 
    Mən Suraxanı rayon gənciyəm. Bu rayonda orta məktəbi tamamlamışam, bu rayonda yaşayıram. Suraxanı deyiləndə ilk yada düşən Atəşgah məbədi və neft buruqları olur. Onların ikisini birləşdirən ortaq amil də elə neftdir. Atəşgah məbədi varlığını Azərbaycanın təbii sərvəti olan neftə borcludur. Əbəs yerə Azərbaycan - Odlar Yurdu adlandırılmır. Bu məbəddə torpaq üzərində yanan od dünyaya səs saldıqda bu məbədi görməyə dünyanın bir çox ölkələrindən ziyarətə gəliblər. Ölkənin neft və qaz sənayesinin inkişaf tarixi Suraxanı neft yataqlarının adı ilə bağlıdır. Ona görə fərəhlə deyə bilərik ki, Suraxanı rayonu ölkə tarixində xüsusi rola sahibdir.
Bakı region üçün əhəmiyyəti artmaqda olan tədbirlərin keçirildiyi mərkəzdir. 30 müxtəlif ölkəni təmsil edən 249 şirkətin təmsil olunduğu Bakı Enerji Həftəsi tədbirinin özündə  27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika, Bərpa Olunan Enerji sərgilərini, Xəzər Neft və Qaz Konfransı adı ilə tanınan Bakı Enerji Forumunu birləşdirməsi bu reallığı təsdiq edir.
    Avropanın Azərbaycanı əlverişli enerji mənbəyi kimi görməsi qürurverici haldır. Bu Möhtərəm Prezident İlham Əliyevin qurduğu düzgün strategiyaların nəticəsidir. Aparılan uğurlu siyasətin təməlində Azərbaycanın tərəfdaş çıxdığı müxtəlif xarakterli beynəlxalq müqavilələrdə etik prinsiplərə hər zaman və qeyd-şərtsiz riayət etməsi dayanır. Azərbaycan etibarlı tərəfdaşdır. Azərbaycanın hər zaman öz öhdəliklərinə hörmət etməsi yeni əməkdaşlıqlar doğurur. Belə olduğu halda dövlətimiz də tərəfdaşlarından öz öhdəliklərinə hörmət etməyi gözləyir.
    Ötən əsrin sonunda, baş vermiş mühüm hadisə olan Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışı əhəmiyyətli hadisədir. Bunun sayəsində Azərbaycan ixraca başladı və beləliklə bir çox ölkələrin tələbatlarını təmin etdik. Eyni zamanda, ölkəmiz dünyada ən iri qaz yataqlarından biri sayılan “Şahdəniz” yatağının kəşfiyyatına başlamışdır. Enerji layihələri daxili inkişafımız üçün də çox əhəmiyyətlidir. Enerji amili, enerji diplomatiyası, bu qəbildən olan bütün layihələr ölkəmizin iqtisadi potensialını gücləndirir və iqtisadiyyatımız gücləndikcə dövlətimizin qüdrəti artmağa davam edir.

                                                                     Azərbaycan Dövlət Neft və Sənaye 
                                                                     Universitetinin Neft mexanika fakültəsinin
                                                                     III kurs tələbəsi, Suraxanı rayonunu

                                                                      Ülviyyə Şeydayeva 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA