sedanews.az
sedanews.az

"Toplum TV"nin qanunsuz maliyyə mənbəyi

25-03-2024, 19:25 135 dəfə baxılıb


   Donor təşkiatlar bu şəbəkədən öz maraqları naminə istifadə edirlər
“Toplum TV”-nin xaricdən cəlb olunmuş qeyri-qanuni qrant vəsaitləri hesabına fəaliyyət göstərdiyi gün kimi aydındır. Hazırda bu iş üzrə saxlanılan şəxslərin müxtəlif beynəlxalq donor təşkilatlarının qrant layihələrindən pul əldə etdiyi təsdiqlənib. Beynəlxalq təşkilatlardan ayrı-ayrı layihələr adı altında külli miqdarda qeyri-qanuni maliyyə vəsaiti əldə edən şəbəkə həmin vəsaitləri xarici ölkələrdə nağdlaşdırılaraq müxtəlif yollarla ölkəyə gətirib və ölkə daxilində gizli bank hesabları vasitəsilə nağdlaşdırıblar. Məsələyə münasibət göstərən jurnalist Taleh Şahsuvarlı bildirid ki, Azərbaycan yenicə müstəqillik qazandığı illərdən bu günədək ökədə Qərb donorlarını fəaliyyət göstərməsi heç kimə sirr deyil. Onların məqsədi bəllidir.
 Şəbəkə formasında həyata keçirilən bu proses zamanı qanunvericilik pozularaq, layihələrin heç biri Ədliyyə Nazirliyində qeydə aldırılmayıb. Layihələr üzrə verilən vəsaitlər isə hissələrə bölünərək, Azərbaycan, Gürcüstan və bəzi Avropa ölkələrindəki banklar üzərindən köçürmələr edilib.
   Araşdırmalardan aydın olur ki, məhz Demokratik Təşəbbüslər İnstitutunun üzvü Əli Zeynalov 2021-ci ildən 2024-cü ilədək hər ay təşkilatlardan pul vəsaitləri əldə edib. Əli Zeynalov bu vəsaitləri əldə etmək üçün müxtəlif xarici və yerli banklarda açdığı hesablardan yararlanıb. Əldə olunmuş vəsait isə “Toplum TV”-yə, əməkdaşlara və hələlik məlum olmayan digər məqsədlərə sərf olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA