sedanews.az
sedanews.az

Bu il dəyəri 115 milyon AZN olan narkotik qanunsuz dövriyyədən çıxarılıb

16-08-2024, 12:10


   Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 6458 cinayət faktı aşkarlanıb.
REAL xəbər verir ki, bu barədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar-iyul aylarının yekununa dair məlumatda bildirilib.
   Qeyd edilib ki, onlardan 1974-ü narkotik vasitələrin qanunsuz satışı, 4313-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 168-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 3-ü isə digər cinayətlərlə bağlı olub.
  Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 4 ton 299 kq 831,849 qr narkotik vasitələrin və psixotrop maddələrin 443 kq 879,659 qr-nı heroin, 3 ton 477 kq 782,82 qr-nı marixuana,103 kq 273,041 qr-nı tiryək, 29 kq 400,501 qr-nı həşiş, 137 kq 768,528 qr-nı psixotrop maddələr, 107 kq 727,3 qr-nı digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 13 568 ədəd metadon, 7902 ədəd çətənə kolu, 637qr və1472 ədəd güclü təsir edən və 2 kq 174,5 qr zəhərli maddə qanunsuz dövriyyədən götürülüb.
  Hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1043,7 hektar sahədən 2 689 257 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.
   Qanunsuz dövriyyədən çıxarılmış 4 ton 299 kq 831,849 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 115 milyon 733 min AZN kimi qiymətləndirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA