sedanews.az
sedanews.az

At ətini mal əti adı ilə satmaq istəyən şəxs saxlanılıb

2-06-2021, 11:45 497 dəfə baxılıb

At ətini mal əti adı ilə satmaq istəyən şəxs saxlanılıb


Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində rayonun Gədəzeyxur kənd sakini Rudik Haqverdiyev Qusar şəhər sakini Rəhman Ərzimanova çəkisi 50 kiloqrama yaxın mənşəyi məlum olmayan, lakin at əti olmasına dair şübhələr olan əti satmaq istəyən zaman saxlanılıblar.
Saxlanılan şəxslər ifadələrində həmin əti mal əti adı ilə satmaq istədiklərini bildiriblər. Kəsilmiş ətlərdən götürülən nümunələr laborator müayinəyə göndərilib.
Qeyd edilən faktla bağlı Qusar RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA