DSX-nin həlak olan hərbi qulluqçusu dəfn edildi - FOTO
Dövlət Sərhəd Xidmətinin (DSX) həlak olan hərbi qulluqçusu dəfn olunub.
“Report”un xəbərinə görə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Əhmədov Tural Əkrəm oğlunun nəşi doğulduğu Lerik rayonunun Ambu kəndində torpağa tapşırılıb.
Mərasimdə rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edib.
Vida mərasimi mərhumun evində keçirilib, ailəsinə başsağlığı verilib.
Qeyd edək ki, T.Əhmədov 2000-ci ildə Lerik rayonunun Amdu kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb. Xidmətini başa vurduqdan sonra orduda müddətdən artıq xidmətə başlayıb. Noyabrın 4-də DSX-nin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində keçirilən səhra təlimləri zamanı AQS-17 silahından atəş açarkən bədbəxt hadisə nəticəsində qəlpə yarası alıb.
Hərbi qulluqçunun təxliyəsi üzrə dərhal tədbirlər görülsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.