sedanews.az
sedanews.az

Mərkəzi Bank “Sədərək”i cərimələdi

25-04-2022, 13:54 385 dəfə baxılıb




   "Sədərək" Ticarət Mərkəzi barəsində məhkəmə iddiası qaldırılıb.
BAKU.WS Kriminalqafqaz-a istinadla xəbər verir ki, Mərkəzi Bank tərəfindən firma barəsində cərimə protokolu tərtib olunub. Belə ki, ticarət mərkəzinin rəhbərliyi iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinir. Şirkətə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol yazılıb. Müddəanın tələblərinə əsasən, şirkət rəhbərliyi avans yolu ilə ölkə xaricinə çıxardığı valyuta qarşılığında hər hansı xidmət almayıb və həmin valyutanı ölkəyə geri qaytarmayıb.
Protokola Qaradağ Rayon Məhkəməsində baxılacaq. İddia təsdiqini taparsa, şirkəti ölkədən çıxardığı valyutanın 30 faizi məbləğinda cərimə cəzası gözləyir.
Qeyd edək ki, "Sədərək" Ticarət Mərkəzi Qafqazın ən böyük bazarı hesab olunur və böyük dövriyyəyə malikdir. Firmanın rəhbəri tanınmış iş adamı Yunis Qədimbəylidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA