sedanews.az
sedanews.az

“Krokus” teraktı: Rusiya bu ölkələrdə "ova" başlaya bilər

25-03-2024, 15:51 163 dəfə baxılıb

“Krokus”dakı terror aktı SSRİ NKVD-nin 4-cü İdarəsi kimi xaricdə terrorçuların və terror aktları təşkilatçılarının məhv edilməsi ilə məşğul olacaq xüsusi təhlükəsizlik strukturunun yaradılmasının mümkünlüyünü göstərir.

  Bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko yerli mediaya açıqlamasında deyib.
"Rusiya Prezidenti Vladimir Putin çıxışında bildirib ki, “Krokus”da terror aktına görə məsuliyyət daşıyanların hamısı tapılıb cəzalandırılacaq. Ukrayna izinin göstərildiyini nəzərə alsaq, bu cinayəti planlaşdıranları müəyyən etmək olar. Ancaq təkcə Ukraynada deyil, digər xarici ölkələrdə də terror təşkilatçılarının cəzalandırılması üçün general Pavel Sudoplatovun rəhbərlik etdiyi SSRİ NKVD-nin 4-cü İdarəsinə bənzər bölmənin yaradılmasının məqsədəuyğunluğu məsələsi aktuallaşır”, - Korotçenko bildirib.
O xatırladıb ki, bu struktur xaricdə sovet vətəndaşlarına qarşı təxribat və terror aktları törətmiş şəxslərin ləğvi ilə məşğul olub.
Analitik qeyd edib ki, oxşar praktika ABŞ-da da mövcuddur, burada ABŞ prezidentinin icazə verdiyi cavab əməliyyatları terrorçulara və Amerika dövlətinin düşməni kimi tanınan şəxslərə qarşı həyata keçirilir:
“Oxşar əməliyyatlar İsrail kəşfiyyat orqanlarında da geniş yayılıb”.
  Axar.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA