Şuşa yaxınlığındakı erməni terror aktı hərtərəfli araşdırılmalıdır - Korotçenko
Şuşa yaxınlığında erməni terrorçusu tərəfindən törədilən terror aktı Azərbaycan Ordusuna və Rusiya sülhməramlılarına qarşı yönəlmişdi. Bu terror aktının məqsədi vəziyyəti gərginləşdirmək və itkilərə səbəb olmaq idi.Milli.Az
Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın nüfuzlu "Natsionalnaya oborona" jurnalının baş redaktoru, məşhur hərbi ekspert İqor Korotçenko rusiyalı ekspertlərin Şuşaya səfərinin yekunları ilə bağlı bu gün Bakıda keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu terror aktı hərtərəfli araşdırılmalıdır:
"Bu terror hadisəsi eyni zamanda regionda sülhə və sabitliyə qarşı yönəlmişdi. Hesab edirəm ki, Azərbaycan və Rusiyanın hüquq-mühafizə orqanlarının birgə qrupu yaradılmalı və bu terror aktı hərtərəfli araşdırılmalıdır", - deyə İ.Korotçenko bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.