sedanews.az
sedanews.az

Türkiyə ilə dərhal işə başlayacağıq - Dibeybə

14-04-2021, 12:55 425 dəfə baxılıb

Türkiyə ilə dərhal işə başlayacağıq - Dibeybə



Vizaların tamamilə ləğvi ilə bağlı dərhal işə başlayacağıq. Ümid edirəm ki, Ankarada səfirlik və Benqazidə konsulluq açmaq üçün lazımi təşəbbüslər göstərə biləcəyik.
Axar.az xəbər verir ki, bunu Liviya Baş naziri Əbdülhəmid Dibeybə Türkiyə səfəri çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanla görüşü barədə danışarkən deyib.
"Hökumətimizin prioritetlərindən biri yarımçıq qalmış layihələri yenidən aktivləşdirmək, eyni zamanda, qarşımızdakı bütün maneələri aradan qaldırmaqdır. Şəhərlərimizin formasının dəyişməsini istəyirik. Görüşümüz zamanı Türkiyə Prezidentinə Liviyanın inkişafı üçün verdiyi töhfənin nə qədər əhəmiyyətli olduğunu və iki ölkə üçün önəmli addımlar atmalı olduğumuzu söylədim", - Dibeybə qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA